BU FİLM HƏYATINIZI DƏYİŞƏCƏK – VİDEO

2017-ci il üçün qarşıma qoyduğum hədəf və məqsədlərdən biri də,  bu il mümkün qədər çox sayda kitab oxumaq və film izləməkdir. Elə ilin ilk günlərində uzun zamandır adını eşidib izləmədiyim bir filmi izlədim. Bu film haqda sizə saatlarla günlərlə danışa bilərəm, lakin fikirimi mümkün qədər qısa şəkildə izah etməyə çalışacam.

Elə bilin ki, bu filmi diqqətlə izləməyiniz və filmdə səsləndirilən fikirləri düşünməyiniz analiz etməyiniz bir neçə ədəd çox vərəqli kitab oxumanıza bərabər olacaq. Filmi izləyib bitirdikdən sonra bir neçə saat təsirindən çıxa bilmədim və inanın ki, hələ də təsirindən çıxmamışam və özümə söz vermişəm ki, bu filmin məndə buraxdığı təsiri və motivasiyası itməsin deyə, mütəmadi olaraq bir neçə gündən bir bu filmi təkrarən izləyim. 

Film insanın həyatda özünü tapmasından, nəyi niyə etdiyini dərk etməsindən. İnsanın daxilindəki aqressiyanı, kini çıxarıb rahatlayaraq, yəni beynindəki “zir-zibili” təmizləyərək ətrafda baş verənlərə qarşı daha diqqətli olmasından bəhs edir. Əgər bu filmi diqqətlə və mümkün qədər təklikdə izləsəniz, içinizdə bu vaxta qədər dünyada baş vermiş partlayışlardan daha güclü bir partlayış hissi yaşayacaqsınız. Bu patlayış bu vaxta qədər etmək istəyiniz lakin hələ də etmədiyiniz hər şeyi bu andan etibarən etmək və həyatınızı daha da müsbət yönə dəyişmək istəyinin partlayışı olacaq. Xoş izləmələr yoldaşlar, xoş izləmələr.

Filmin adı üç dildə: Eng – Peaceful Warrior. Ru: Мирный воин. Tr – Dingin Savaşçı.

Trailer:

Filmi Rusca izlə:

 

Filmi Türkcə izləmək üçün bu yazıya tıklayın

Və ya bu https://goo.gl/Mj7zGI və həmçinin bu https://goo.gl/x1csJo keçidindən istifadə edin

dingin savaşçı - Peaceful warrior - мирный воин

© Murad Məmmədov (facebookda izlə)

murad inn street

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma