Murad Məmmədov – Seçmə deyimlər (8-cı hissə)

1. İnsanlara nəsə verməklə onların sevgisini və ya rəğbətini qazanmağa çalışmayın. İcazə verin onlar sizi əlavəsiz sevsin. Bu zaman onlar sizi əbədiyyən sevəcək.

2. Toxunuş yaradılışdır, hiss etmək isə yaşamaq.

3. Hədəfə gedən yol olmasa, hədəfin heç bir dadı qalmaz.

4. Məqsədsiz həyat duzsuz şorba kimidir, qarını doydurar amma ləzzət verməz.

5. Birinin yanında olmaq üçün, çətinliyə düşməsini gözləmə, daima onun yanında ol. Bəlkə bu zaman heç çətinliyə də düşməz.

6. Nəyinsə baş verməsinə səbəb olmasan belə, nəyinsə baş verməsinə səbəb olacaq ehtimal ola bilərsən.

7. Kimsə olmaq üçün, heçkim olmağı bacarmalısan.

8. İnkiaf sayəsində yaranmış heç bir marketinq aləti, məntiqli və təsirli cümlə qədər güclü ola bilməz.

9. Həyatınızı filmə çevirmək üçün heç bir rejissora ehtiyacınız yoxdur, ən bacarıqlısi sizsiniz. Çünkü heç bir rejissor sizin gözlərinizə sahib deyil.

10. İnsanlar tanrı adında obraz yaratdılar, onu dünyanın ən gözəl və ən mərhəmətli personajı kimi qələmə verdilər. Bir müddət sonra insanlar öz məqsədləri üçün bu personajı olduqca qəddar biri kimi təqdim etməyə başladılar. Sabah-Birsigün insanların məqsədləri dəyişdikdə, tanrının obrazı da dəyişəcək.

© Murad Məmmədov (Facebookda izlə)

D80_1714

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma