14.01.2017 – Hədəf Kurslarında motivasiya seminarım

14 yanvar doğum günüm həm də “Hədəf” kurslarının dəvəti ilə kursun abituriyentləri qarşısında motivasiya seminari ilə yadda qaldı. Çıxışım zamanı universitetə hazırlaşan gənclərimizə gələcəkdə təhsil, karyera və şəxsi həyatlarında daha böyük uğur qazanmaq üçün gərəkli olan üsul və alətlərdən bəhs etdim. Seminar iştirakçılarının maraqlı sualları və söylədiklərimə dair fikirlərini bildirmələri isə seminarı daha da maraqlı etdi. Seminarın sonunda müəllifi olduğum “Uğurun Xəritəsi” adlı kitabın imza mərasimi keçirilib. Tədbirin sonunda kurs əməkdaşları ad günüm münasibəti ilə mənə xatirə hədiyyələrini təqdim etdilər. Seminarın təşkilində “HƏDƏF” kursları kollektivinə və şəxsən Aygun Aygün Rajab‘ə təşəkkürümü bildirəm.

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma