Təxminlərimin yəqinisən

Ola bilər ki, mən gəzərkən əllərim gəzdiyim çəlikləri tutmaqla məşğul olduğuna görə sənin əllərindən tuta bilmirəm, amma bil ki, qəlbimlə qəlbinə zəncirləndiyimsən. Ola bilər ki, içimdən gəldiyi bir halda səni qucağıma alıb şəhərin mərkəzində sağa-sola qaça bilmirəm, amma bil ki, ruhum səninlə qaçdı-tutdu oynayar, ən böyük əyləncəmsən.

Ola bilər, biz səninlə sevişməmişik, lakin hər gecə röyalarda görüşdüyümsən. Nədir müqəddəs hesab etdiyimiz? Görə bilmədiyimiz, yoxsa toxuna bilmədiyimiz? Sən görsəm və toxunsam belə, ibadət etdiyimsən.

Sən gülüşünə dünyalar sığdırdığım, mövcudluğuna kainatı dəyişmədiyimsən. Hə, bilirəm, anlamayacaq heç kəs bu dediklərimi, çünki sən heç kəsə izah edə bilmədiyimsən. Nə qədər məhdudiyyətlidir danışa bilməyən biri? Bütün sözləri bildiyim halda ifadə edə bilmədiyimsən.

Heç kəs daimi qalmır, hamı gedir, çalış, sən getmə, çünki ən son ümidimsən. Ümidlər sonda ölür, sən axirətdə belə bərabər olmaq istədiyimsən. Kiməm mən? Dahilər yanında bir heç kim, heçkimlər yanında dahiliyə can atan biri, sən ən böyük dahilərin ilham pərisisən.

Yorğunluq, bu necə də sona bənzər bir hissdir, ən son anlarda başlanğıc nöqtəmsən. Başlanğıc dedim də, ağlıma gəldi, görəsən, hər şeyi silib yenidən başlaya bildiyimsən? Beynimdə sonu görünməyən cümlələr və suallar dolaşır, lakin sən bütün təxminlərimin yəqinisən.

Şer”in adı: Təxminlərimin yəqinisən. Müəllif: Muraad Məmmədov. Yazılma tarixi və saatı: 17.01.2017. Gecə 02.03

Qeyd: Şeir heç kəs üçün yazılmayıb və kimsəyə həsr olunmayıb.

Yazdığı zaman psixoloji vəziyyəti: … Səhər oyanıb kompyterində bu yazını tapıb. Və gecə belə bir yazı yazdığından xəbərsiz olub, yəni yazdığı zaman demək olar ki, özündə olmayıb.

(facebookda izlə)

Murad - ad günü

“Təxminlərimin yəqinisən” üçün 2 şərh

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma