Özünüzə yaxşı baxın, qalxıram mən səmaya.

Odur verən ruhuma güc, o güclə qalxıram səmaya. Səmaya qalxan ruhum gətirəcək oradan hər kəsin istəyini, çünki bütün insanların istəyi ucalır səmaya.

O getdi, qaldım, qaldım mən burada, onun ardınca qalxıram səmaya. Yox, ölmədi o, bu dünyadadır, onunla o biri dünyada qovuşmaq üçün qalxıram səmaya.Hə, bizdə alınmadı burada, bəlkə də buna mane oldu fiziki faktorlar, heç bir fiziki faktorun olmaması üçün qalxıram səmaya. Yox, qalxmağıma kömək olmur pis vərdişlər və ya qeyri-leqal üsullar, ən qanuni yollarla qalxıram səmaya.

Bundan öncə iki dəfə cəhd etdim, alınmadı, çünki ondan yox, başqa şeylərdən yazırdım, deməli odur icazə verən qalxmama səmaya. Gedirəm, bəlkə də qayıtdım sabah səhər və ya bilinməyən bir müddətdən sonra,  axı zamanın nə fərqi var qalxandan sonra səmaya.

Orada yoxdu qorxu və xəyanət, çünki yalnız cəsarətli və dürüst insanlar qalxır səmaya.  Elə biləcəksiz, dinə bağlayıram bu şeirimi, amma unudursuz, dindar olmayan yaxşı insanlar da qalxır səmaya.

Keçəcək illər və əsrlər, bu sətrlərimi oxuyan hər kəs qalxacaq səmaya. Çünki bu sətrlərimin hər bir nöqtəsi və vergülü həsr olunub səmaya.  Səma, o necə də mavi və əlçatmazdır, ona görədir bütün mavi damlalar buxarlanır səmaya.

Sənə yazdığım ilk cümlələrdən biri “24 saatın xeyir” olmuşdu, amma nə fərqi var, biz ayrılana qədər nələr  danışdıq, etdiyin əməllər sayəsində hamısı sovruldu səmaya.

Gedirəm, əzizim, özünə yaxşı bax, özünə yaxşı baxdıqdan sonra başını göyə qaldır, çünki qalxıram mən səmaya.

Şer”in adı: Qalxıram Səmaya. Müəllif: Murad MəmmədovYazılma tarixi və saatı: 26.01.2017. – 23.30. Korrektor: Gülnara Mehdiyeva. Foto: Narmin Jafarzadeh

© Murad Məmmədov (Facebookda izlə)

img_0233

 

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma