15 dəqiqəyə kurs bitirib sertifikat qazanmaq istəyirsən ? – BU ARTIQ MÜMKÜNDÜR!

Dostlar tez-tez şikayətlənrik ki, inkişafımız üçün gərəkli şəraitlər yaradılmır. Bununla bəzən razıyam, lakin daha diqqətli olsaq görərik ki, bəzi qurumlar çox maraqlı layihələr ilə bizlər üçün gözəl özünü inkişaf fürsətləri yaradırlar. Bu qurumlardan biri də, gənclərin təhsil səviyyəsinin inkişafı və onların öz potensiallarının mümkün qədər maksimum istifadə etmələri üçün şəraitləri yaradan “British Council Azerbaijan” təşkilatıdır. Hər bir gənc bu təşkilatın həyata keçirdiyi layihələrə qoşulmaqla, təhsil səviyyəsini artıra və müxtəlif sahələrdə karyera qurmaq imkanları qazanacaqlar.

British Concul ilə artıq 4 ildir tanışam və şəxsən bir çox faydalı layihələrində iştirak etmişəm. Bu yaxınlarda təşkilatın Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “MƏDƏNİYYƏT VƏ YARADICILIQ” proqramı ilə tanış oldum. Proqram çərçivəsində həyata keçirilən müxtəlif tədbirlərlə yanaşı,  web sayt üzərindən təklif edilən online kurslar da mövcuddur. Elə mən də bu kurslardan birini ( Mən marketinq kursunu seçdim) seçməklə  5 mühazirədən ibarət olan  cəmi 15 dəqiqəlik kursu diqqətlə izləmklə və sertifikat üçün test imtahanı verərkən bir daha göz atmaqla həm yeni məlumatlar öyrəndim həm də şəxsən öz adıma olan və kursu bitirməyimi bildirən sertifikatı qazandım. Buna görə də qərara gəldim ki, bu layihədən çox sayda gənclərimizin faydalanması üçün sizlərlə bölüşüm.  Beləliklə siz proqram çərçivəsində sizə maraqlı gələn və ya təhsil aldığınız mövzu üzrə olan və beynəlxalq dərəcəli ekspertlər tərəfində keçirilən kursu online şəkildə izləməklə daha sonradan bu kursdan əldə etdiyiniz bilgiləri test etməklə sertifikat qazanmaq üçün aşağıdakı gedişatı həyata keçirməlisiniz:

  1. www.culturepartnership.eu web saytına daxil olursunuz və sizə daha yaxın olan dillərdən birini seçirsinz.
    1
  2. Proqram və saytla yaxından tanış olduqdan sonra “Onlayn Təlim” bölməsinə daxil olursunuz.
    2
  3. “Onlayn Təlim” bölməsinə daxil olduqdan sonra “Pulsuz Tədris” bölməsindən istədiyiniz bir mövzuda olan kursu seçirsiniz.3
  4. İstədiyiniz hər hansı bir kursu seçərək kurs haqda qısa məlumatla tanışlıqdan sonra “KURSA BAŞLANAQ” düyməsinə tıklayın.4
  5. Kursu izləyərkən sol tərəfdə mövcud olan paneldən kursun növbəti videosna keçə və həmçinin ən sonda “TEST VƏ SERTİFİKAT” bölməsinə daxil olaraq izlədiyiniz kurs üzrə testə başlaya və ardınca uğuru nəticə əldə edəcəyiniz halda sertifikat qazana bilərsiniz.
    5

Kursa başlamaq və bitirmək üçün atmalı olduğunuz addımları video dərslik formasında da nəzərinizə çatdırıram. Hər kəsə uğurlar!

© Murad Məmmədov (Facebookda izlə)

murad inn street

One thought on “15 dəqiqəyə kurs bitirib sertifikat qazanmaq istəyirsən ? – BU ARTIQ MÜMKÜNDÜR!”

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma