MƏNİM ÖVLADIM TƏRBİYƏSİZ OLACAQ!

Daha öncəki məqalələrimdən birində tərbiyə anlayışının elmi tərifini verməklə yanaşı, bizim ölkədə isə tamami ilə fərqli olduğunu daha dəqiq desəm copy + paste”dən ibarət olduğunu, yəni valdeynin öz həqiqətlərini həqiqət kimi, öz yanlışlarını yanlış kimi övladına köçürməsini, özü nə cürdürsə övladını da o cür yetişdirmək istəyi kimi qəbul və tətbiq olunduğunu qeyd etmişdim. Məhs bu səbəbdən də bu deyimi heç sevmirəm, əksinə olduqca güclü antipatiyam var bu deyimə qarşı.

Tanıdığım gənclərin həyat hekayələrini öyrəndikcə, öyrəndiklərim məni bu mövzuda yazmağa vadar edir. Danılmaz faktdır ki, hər bir uşaq dünyaya gəldikdə “ağ vərəq” olur. Yəni dünya və insan yaşayişi haqda heç bir məlumata sahib olmur. Nə zərərli vərdişlər, nə kiməsə pislik etmək, nə kiməsə kin bəsləmək və sairə. Yeni doğulmuş uşaq bütün bunlardan uzaq və qeyd etdiyim kimi, ağ vərəq kimi təmiz olur. Bəs yaxşı məntiqlə düşünsək bu uşaq bu qədər saf və təmizdirsə, sizcə durduq yerə xoş olmayan şeylərə meyl edər ? Yox əlbətdə! Sadəcə uşaq böyüdükcə  daha çox nələrin içində olursa, daha çox nələri görürsə, onlara meyl edir və tətbiq etməyə başlayır.

Məhs bu kimi səbəblərdən şəxsən mən övladımı tərbiyyə etməyəcəm. Hə mənim övladım tərbiyyəsiz olacaq! Bunun müqabilində mən övladıma elə ilk başlardan yəni “ağlı kəsməyə” başladığı anlarından etibarən göstərəcəm. Nələri göstərəcəm? Məsələn: Həm məsçidə aparacam, həm kilsəyə aparacam, bəzən isə ümumiyyətlə dinsiz yəni heç bir dini inancı olmayan şəxsləri göstərəcəm. Onu həm ən ali mədəniyyət ocaqlarına aparacam, həm də küçə həyatı ilə tanış edəcəm. Mümkünsüz görünənləri mümkün edən mübarizləri, həmən şəxslərdən fərqli olaraq daha çox resurslara sahib olmalarına rəğmən bütün günü tv önündə oturub “iş yoxdu” deyənləri də. Mən ona pis ehsab etdiyim şeyləri də, yaxşı hesab etdiyim şeyləridə sadəcə göstərəcəm.

Və əgər bunu zamanında etsəm, onun beynində artıq nələrsə formalaşmadığı zamanda, hansısa qrup insanlarla birgə fəaliyyəti olmadan, özünə həyat yolu seçmədən etsəm, əminlik dərəcəsində deyə bilərəm ki, o mənim yaxşı hesab etdiyim şeyləri seçəcək. Yox əgər seçməsə, əksini seçsə deməli mənim doğru hesab etdiyim şeylər heç də həqiqətən doğru deyilmiş, çünkü ağ vərəq qara ləkəni sevməz, sevsə deməli “bu işdə bir iş var”. Ən əsası mən buna qarşı getmərəm, nəticə etibari ilə o mənim şəxsi əşyam deyil və onu mən dünyaya gətirmişəm  deyə mənim seçdiyim həyatı yaşamağa məcbur deyil, çünkü o məndənonu dünyaya gətirməyi xahiş etməmişdi. Öz istəyimlə gətirmişəmsə heç olmasa ona seçim azadlığı verməliyəm.

Əgər ki, mütləq nəyisə tərbiyyə etmək istəyirsiniz, bu zaman övladınıza insanları dilindən, dinindən, irqindən və sairə bənzər göstəricilərindən aslı olmadan sevməyi və ən əsası insanlara yaxşılıq etməyi tərbiyyə edin. Bunları tərbiyyə edə bilsəniz inanın ki, o həm sizə həm də bəşəriyyətə gözəl bir övlad olacaq. Övladına şəxi əşyası kimi davranmayan, həyatına aşırı müdaxilələr edib onu bədbəxt etməyən bütün valideynlərin qarşısında baş əyirəm!

© Murad Məmmədov (Facebookda izlə)

Murad - Etud bar kafe

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma