- CRIS TAYLOR – Dunya
Bu mahnını ilk dəfə dünən dinlədim, elə dinlədikdən sonra bu məqaləni yazmaq qərarına gəldim. - Bir dəfə depresiyada olduğum günlər idi, 28 mayda olan 1 nömrəli baku bus avtobusuna mindim və bu mahnını təkrar oynatmaq funksiasında qoydum. Avtobusdan düşmədən koroğluya getdim qayıtdım və yol boyu pəncərədən ətrafı izləyərək yalnız bu musiqini dinlədim. Yaxşı təsir bağışamışdı.
- Princess Chelsea – The Cigarette Duet
Mahnını ilk dəfə xalam oğlu Ayxan”ın telefonunda eşitdim, ondan sonra siqaret çəkərkən dinləmək üçün ən uyğun mahnılardan birinə çevrildi. Mahnı xüsusən biri ilə söbət edərkən fon musiqisi olaraq istifadə etmək üçün çox əlverişlidir.
- Stive Morgan ~ Ice And Fire
Bu mahnı “uzaqlara” getmək üçün əla vastədir.
- Mario Joy – California
İdman edərkən və ya sürətlə yol gedərkən + avtomobildə şəhərdə gəzişərkən dinləmək üçün əladır.
- Tove Lo – Habits (Stay High) – Hippie Sabotage Remix
Yorğun iş həftəsi sonunda dincəlib yorğunluq çıxarmaq üçün içərək dinləməyə yararlı bir mahnıdır. Ən sevdiklərimdəndir.
- Ali Azimi – Pishdaramad (Official) علی عظیمی – پیش درآمد
Mahnını ilk dəfə kibrit book kafedə eşidəndə valeh oldum. Çox ritmik və rəngarəng bir fars mahnısıdır. Mahnı bir yerdə elə dəyişir ki, elə bilirsən artıq tamam başqa mahnıdır, şiddətlə tovsiyyə etdiklərimdəndir.
PS. Hər bir mahnı fonda dinlədildikdə gözəldir. Məsələn ayzı yazdıqda, düşündükdə,kiminləsə söhbət etdikdə və ya istənilən bir işi gördüyünüz zaman. Həmçinin youtube linklərini yerləşdirdiyim mahnıları mp3 formatınd ayükləmək üçün http://www.youtube-mp3.org/ru saytında daxil olaraq istədiyiniz mahnının linkini ora yerləşdirib mp3 formatını yükləyə bilərsiniz. Sevdiyim və motivasiya aldığım mahnılar çoxdur, bunlar bu aralar dinlədiklərimdir. Xoş dinləmələr :)
© Murad Məmmədov (Facebookda izlə)