Biri var idi biri yox idi. Niyə təcüblənirsiniz ki, hər zaman belə olmayıbmı ?

Biri var idi biri yox idi. Niyə təcüblənirsiniz ki, hər zaman belə olmayıbmı ? Biri olanda biri olmayıb, bu həyatın yazılmamış qanunlarındadır. Məsələn bəzən kiminsə bir valideyni olur digəri olmur. Bəzən hər iki valideyni olur amma qardaşı və bacısı olmur. Bəzən bunların hamısı olur o özü “olmur”. Əslində o fiziki olaraq var olduğu üçün var olduğunu düşünür, amma mənəvi olaraq olmur həyatda. Məgər biz insanları var edən əslində mənəviyyatımız olmamalıdırmı ?

Bilirəm çox qarışıq yazıram, bəlkə də başımın içkidən döndüyü zaman “xeyr ola təkcə mənim başım dönür?” düşünərək ibnəlikdən sizin də başınızı bu cümlələrlə döndürürəm. Dönmək dedim də, hansısa bir kitabın maraqlı ola biləcək ilk sətirlərini düşündüm: “Oğlan sağa dönür, sola dönür və axırda heç yana dönməyərək dönər alır”. Mənasızdır hə ? Bilirəm, bilmədiyim tək şey odur ki, niyə hər şeydə məna axtarırıq ?  Niyə bəzən lazımsız və primitiv şeylərə məna yükləyib onu önəmli birşey kimi qəbul edirik ? Bir dəfə iştirak etdiyim seminarların birində deyildiyi kimi, 5 manatlıq əskinaza 50 manatlıq əskinaz mənası yükləyib onu 50 manat kimi qəbul edə bilərik, halbu ki, o özlüyündə ağacdan hazırlanmış adi bir kağız parçasıdır, üzərinə nə məna yükləyiriksə o kimi qəbul edirik, çox əcaib varlığıq əslində.

Əcaib olmasaq bu qədər fərqli olardıqmı.  Əcaib deyilmiyik uşaqlıqda arzuladığımız şeylərə indi qətiyyən diqqət etmirik. Adiləşib ? yox yoox! Adiləşdirmişik, özümüzü adiləşdirdiyimiz kimi. Bəlkə də indi hansısa bir yad planetdən bizə baxan bir varlıq bizi seyr edərək deyir: Axmaqlaaar! Bu qədər məntiq və ağıla sahib olduğunuz halda özünüzü necə də adiləşdirmisniz. Hə o düz deyir, axmağıq, axmaq olmasaq mənaya tüpürüb bər-bəzək axtarmazdıq. Fəlsəfi yazıları qoyub “SEKS” başlıqları gözləməzdik. Mən bu yazıya heç bir intim başlıq yazmayacam və buna görə də bu yazı digər yazılarıma nisbətən az oxunacaq, lakin vecimədə deyil, çünkü mən illədrdir yazaraq öyrəşmişəm buna.

İllər dedim də ağlıma gəldi, bəzən illərdir tanıdığımız insan iki gündü tanıdığımız insandan daha yad olur bizə. Bəs yadlaşdıran nədir, davranışlar yoxsa hafizəmiz ? Bəli siz düz tapdınız, buna örə sizə 5 ballıq qiymətləndirmə üzrə 10 bal verirəm, cavab davranışlardır. Davranışlar, bəzən həssas, bəzən kobud bəzən də anlaşılmazdır, özün özünə deyrsən ki “bu niyə belə davrandı?”. Bilirsən niyə başa düşmürsən? Çünkü sən o insanın yaşadıqlarını yaşamamısan, zatən başqalarının yaşadıqlarını yaşamamalıyıq, özümüz olmaq üçün yeni şeylər yaşamalıyıq və yeni cıdırlar açmalıyıq. Butulkanın dibində bir az qalan şərabımı içərək, sizinlə növbəti mənasız sətirlərimdə görüşmək diləyi ilə sağollaşmayaraq hələlik deyirəm.

© Murad Məmmədov (Facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma