BEYİNƏ BİLƏN DÜŞÜNƏNLƏR

Otağımda 6 lapma var, 4-dü yanır, 2-si yanmır. İndi bir çoxunuz elə bilirsiniz ki, o 2-si işləmir, bəs nədir işləmək ? Çoxu nəsə edirsə az olanların edə bilməməyi ? Bəs, işləmək yanmamaq olsaydı, dördü yanmayıb ikisi yansaydı, o ikisi işləməyən olmamayacaqdımı ? Yenə çox dərin düşüncələrdən girmişəm, bayaq ev yoldaşım olan xanımın içəri girib, “sənin çəkdiyin siqaretdən yox idi deməsi kimi”.

Bu gün fikirləşirdim ki, işdən gəlib yorğunluğumu necə çıxarım, evə girdim gördüm içirlər, mən də qoşulduum, bəli bu sətirlər içkinin nəticəsidir. Onsuz da həyatda heç bir təsadüf yoxdur, baş verən hər şey nəyinsə nəticəsidir. Məsələn sizin bu cümlələri oxumanız hansısa mark suckerbergin yaratdığı facebookun nəticəsidir. Bəzən səhər durub universitetə getmək, sizdən əvvəl kimlərinsə getməsinin nəticəsidir. Bəzən bu qədər tüfeyli olmağınıza səbəb yaşadığınız ilk xəyanətin nəticəsidir. Hər şeyin bir səbəbi var, heçnə təsadüfi deyil, dünənimiz bu günümüzü, bu günümüz isə sabahımızı yazır.

Yazmaq yaxşıdır, əgər səmimi yazırsansa, yox əgər nəyəsə görə və qadağalarla yazırsansa, yazma dostum, sən mürəkkəb israfına yol verirsən! Yol vermək dedim də ağlıma gəldi, çalışın bir-birinizə yol verin, bəlkə bu gün yol verdiyinz adam sizin üçün yol açar. Açarı da harada gəldi qoymayın, yadınızdan çıxar itirərsiniz, axı bizim millət açarını itirənlərə “yaxşı baxmır”. Halbu ki, ən çox özlərinin “açarlarını itirməyə ehtiyacları var”. Çünkü daima fikirlərinin açarlarında olmaları səbəbi ilə çox zombiləşblər. Çalışın məhs bu tip yazılarım içəndə oxuyun, bəlkə onda tam olaraq nə demək stədiyimi anladınız, çünkü bir insan başqa bir insanı anlaması üçün onun yaşadığını yaşamalıdır. Bu cümlə əvvəlki məqaləmdə olan bir mövzuya bənzədiyi üçün hazırda mövzunu dəyişməyə çalışıram.

Mən ümumiyyətlə çox çalışqan insanam, daima nələr üçünsə çalışıram, çünkü çalışmaq işlək olmağın göstəricisidir, işləyirsənsə hər şey davam edir, fərqi yoxdur necə işləyirsən, əsas odur işlə, bacardığın kimi. Gəlin daha dərin düşüncələrə dalaq, daha dərin və fəlsəfi, hə tanrının olub olmamasına dair müzakirələr qədər dərin. Əslində nəyinsə var olub olmadığını isbat edən onların fiziki mövcudluğu deyil, hiss etdiklərimizdir. Məsələn bəzən kimsə fiziki olaraq sizin yanınızda olmaz, amma onun varlığını hiss edərsiniz, baxın budur onun mövcudluğu.

Kainatda o qədər saysız hesabsız məhvumlar mövcuddur ki, say-say bitməz, lakin onların içərisində ən yadda qalanları ən təsirli olanlarıdır. Bu günlərdə kafelərin birində xanım ofisianta “chaevoy” qoyduğum zaman, onun o pulu götürməməsi qədər təsirli olanları. Mən çox təəsüf edirəm ki o xanım hesabı mənə hansısa qutunun içərisində gətirməmişdi mən də məcbur olub hesabı masanın üzərinə qoymalı olmuşdum və o xanım bunu nəyəsə görə qəbul etmədi. Lakin fərqi yoxdu onun bu hərəkəti məni üzdüyü qədər o qədər düşünə bilməsi sevindirdi. Məgər ən çox istədiyimz sevinmək deyil ?

Bəzən o qədər sevinmək istəyirik ki, başqalarının da bunu istəməyi haqda unuduruq, hər şeyi özümüzün sevinməyinə görə edirik, bu eqonun ən iyrənc formasıdır, amma bəzən ən səmimi olduğun adamla bəəzn iyrəncləşmək də gözəldir. Məsələn gecə alicənabcasına onunla qucaqlaşıb yatırsan, səhər oyananda cem yılmazın “grahaaam” zarafatı edirsən. Etiraf edim bu cümlədən öncə daha bir rumka vurdum, hə bu gecə şərab qədəhi deyil, vodka rumkasıdır, axı nə fərqi var, əsas məqsəd sərxoş olmaq deyilmi ?

Həyat çox qarışıqdır yoldaşlar, “beyinə bilən düşüncələrin” “düşünə bilən beyinlər” olduğu kimi.
Məqalənin sonunda yenə hamınızı qucaqlayaraq növbəti mənasız sətirlərimdə görüşmək arzusu ilə sizinlə saollaşıram.

© Murad Məmmədov (Facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma