Valideyn olmağa hazırlaşan hər kəsə həsr olunur

Səhər işə gedəndə dayanacağın yaxınlığında bir gənc valideyn xanım, övladı kimi görünən 6-8 yaşlarında olan oğlan uşağına öz şalvarını batırıdğına görə (uşaq öz şalvarını kirləmişdi) acımasızcasına zərbələr endirirdi, yəni uşağı küçənin ortasında vururdu. Uşaq isə ağlayır qaçmaq istəyir, lakin xanım yenidən qışqırır onu çağırır, şalvarını təmizləyə-təmizləyə yenidən higgəli şəkildə uşağı vurmağa davam edirdi.
Doğrudu yaxınlaşıb müdaxilə etmədiyimə görə, bu sətirləri yazdığım anda belə peşmançılıq çəkirəm, lakin yaxınlaşmamağıma səbəb odur ki, mən əksər hallarda olduqca  çox sakit, təmkinli və səbirli biriyəm, nadir hallarda əsəbləşirəm, lakin əsəbləşəndə çox böyük əsəb keçirirəm və inanılmaz aqressiv oluram. Yaxınlaşsam xanım mənə kobud cavab versə onu yola verə bilməyəcəkdim, mübahisə böyüyəcəkdi və xoşa gəlməz hallar yaşanacaqdı, ona görə çox təəsüf ki, ayaq saxlayıb diqqətlə baxıb, bir iki dəfə cəhd etsəm də, yaxınlaşmadım. Lakin həmən anda təxminən 3-4 il öncə xarici ekspertlər tərəfindən uşaq zorakılığına dair keçirilən təlimlərədə iştirakımı xatırladım. Təlimlər zamanı ekspertlər bizə uşaqlıqda şiddət və zorakılığa məruz qalan şəxslərin gələcəkdə hansı mənfi xüsusiyyətlərə sahib olduqları haqda geniş məlumatlar vermişdilər. Şübhəsiz ki, küçədə gördüyüm bu uşaq böyüdükcə o qadına yalan danaışacaq, cavab qaytaracaq, onun istəklərinə əks gedəcək və zamanı gəldikdə hətta ona əl qaldıracaq ki, əcəb də edəcək! Çünkü o qadın o uşağı döyməklə, nəinkə özü üçün pis bir övlad, hətta cəmiyyət üçün də xoş olmayan bir vətəndaş yetişdirir, nəzərinizə çatdırmaq istərdim ki, uşaqlıqda zorakılığa məruz qalmış şəxslərin bir çoxunda adətən  oğurluq etmək və ən əsası özündən zəiflərə qarşı şiddət tətbiq etmək xüsusiyyətləri də formalaşır.

Mən bütün potensial valideynlərə (gələcəkdə valideyn olacaq şəxslərə) şiddətlə tövsiyyə edirəm ki, əgər sizin psixoloji problemləriniz varsa, gərginlikləriniz, əsəb pozuntularınız varsa, xahiş edirəm övlad dünyaya gətirməmişdən öncə gedin mualicə alın və mövcud narahatçılıqlarınızı aradan qaldırın, ən azından azaldın. Bunları etməyə imkanınız və ya vaxtınız yoxdursa, o zaman zəhmət olmasa sekslə məşğul olan zaman qorunun. Çünkü sırf sizin bətninizdə yetişib deyə və ya sizin spermanızdan yaranıb deyə olğun düşünə bilməyən bir canlını döyməyə haqqınız yoxdur. Ola bilər ki, yoldaşınız dünən mağazada gördüb bəyəndiyiniz  donu sizə almaqdan imtina edib, ola bilər ki, facebookda profiliniz blok olub, ola bilər ki paktar yuyan maşınınız xarab olub və siz bir həftədir paltarları əlnən yumağa məcbur olursunuz, lakin psixoloji durumunuzun və ya əhvalınızın pis olması bütün bunların əvəzini hələ məntiqlə düşünəcək beyinə sahib olmayan körpədən çıxmanız üçün tutarlı səbəb deyil.

Razıyam ki, düz deyirsiniz, uşaqlar özlərini dinc aparmırlar, sözə baxmırlar və hətta yalış hərəkətlər edirlər, yəni məsələlərin bir çoxunda uşaq yox siz haqlısınız, lakin bu məsələləri uşağa izah etmək üçün şiddət tətbiq etmək ən sonuncu belə ağıla gəlməməli olan üsuldur. Əgər övladınız daima qeyri adekvat davranırsa və sairə doğru hesab etmədiyiniz davranışları olrusa, onun öhdəsindən gələ bilmirsinizsə mütəxəsislərə müraciət edin. Düşünməyin ki, uşağa qarşı şiddət tətbiq etmək sizin psixoloji durumunuzdan irəli gəlmir, xeyir bu tamami ilə onunla bağlıdır. Çünkü əsəbləri və psoxoloji gərginliyi olmayan biri, ağlı kəsməyən bir varlıqdan ali davranışlar gözləməz, gözləsə belə ona bunları döyərək tərbiyyə etməyə çalışmaz, çalışırsa deməli həqiqətən nəsə problemlər var və siz mütləq şəkildə ən azından nervpotolok yanına getməlisiniz.

Son olaraq mən nə demək istərdim, demək istəyirəm ki, bir çox gənclər övlad dünyaya gətirməyi özlərinə bir borc bir şərt kimi görürlər, lakin bu belə olmamalıdır. Tələsməyin, əgər o övladı dünyaya gətirib onun şıltaqlıqlarına dözə bilməyəcəksinizsə, cəmiyyətə növbəti çox saylı psixoloji travmalar almış bir şəxs bəxş etməyin. Bu gün bir çoxumuz gənclərin aqressiv davranışlarından, depressiv durumlarından və sairə bənzər xüsusiyyətlərindən narahatçılıq edirik. Butün bunların ilkin səbəbi o gəncin uşaqlıqda aldığı psixoloji travmalardır, çoxunuz bütün bunlara diqqət etmirsiniz, lakin diqqət etmədiyiniz məsələlər üzündən bu günümüz ürək açıcı deyil. İlk növbədə beyninizdə olan gərginlikləri aradan qaldırıb özünüzü sevməyi öyrənin, bundan sonra isə siz övlad dünyaya gətirəndən sonra onu da sevməyi bacaracaqsınız. Və heç bir halda unutmayın, bir çoxu gətirir deyə, siz də dünyaya övlad gətirməyə məcbur deyilsiniz, əgər istəmirsinizsə etməyin bunu!

© Murad Məmmədov (Facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma