Gündəmə uyğun status yazmamağımın 4 səbəbi

Elə dövürdür ki, gündəmi zəpt edən mövzulara dair hər kəs öz fikirini bildirməyi özünə borc bilir. Fərqi yoxdur baş verən hadisənin mövzusuna dair bilgilidir və yaxutda deyil. Hər kəs bunu özünə yemək-yemək, su içmək kimi vacib bilir. Mən insanların düşüncələrini bölüşmələrinin əleyhinə deyiləm, həmçinin düşünmürəm ki, hər kəs  yüksək yazıçılıq qabiliyyətinə sahib olub mənalı cümlələr yazmalıdır. Sadəcə mən düşünürəm ki, insanlar yazmaq xatirinə və “mən də varam” düşüncəsi ilə, həmçinin kifayət qədər məlumatlı olmadıqları mövzulardda yazmamalıdırlar. Bu baş verdiyi halda ortaya çox iyrənc görüntülər çıxır. Son zamanlar mənə ünvanlanan suallar sırasında “Niyə gündəmə uyğun yazmırsan?” Sualıdır. Bəli internetin inkişaf səviyyəsin sayəsində artıq baş verən hadisələr az qala hər gün bir ayrı mövzuda gündəmdə olur. Bəs mən niyə adətən gündəmi zəpt edən hadisələr haqda yazmıram? Çünkü:

  1. Təsirlənmək vacibdir – Hesab edirəm ki, haqqında yazdığım hadisə məni təsirləndirməlidir, mən o hadisəyə qarşı son dərəcədə emosional olmalıyam və buna görə də status və ya məqalə yazmalıyam. Məni təsirləndirməyən, mənə toxunmayan mövzular haqda yazmalı olsam gərək dayanmadan nələrsə yazıb paylaşaraq məni izləyənləri və ya ən azı facebook dostlarımı bezdirim. Çünkü hər gün yüzlərlə minlərlə hadisə baş verir.
  2. Bəzən səndən öncə deyirlər – Çox yaxşı haldır ki, bu gün yazarlarımız, jurnalistlərimiz və sosial media fenomenlərimiz kifayət qədərdir, doğrudur onların hamısı öz sahələrində peşəkar deyillər, lakin bu ayrı mövzudur, əsas odur yazanlarımız var. Belə bir halda, baş verən hadisəyə dair kifayət qədər şəxsin müxtəlif yanaşmalarla fikirlərini bildirdikləri halda, mən də bloggerəm deyə durub mənim də məndən öncə həmən o mövzuya dair nəsə bənzər birşey yazmağım mənasıdır. Hə əgər tamami ilə yeni yanaşma tərzim və ya deyilənlərdən fərqli olacaq kreativ düşüncələrim olanda gündəmə uyğun da yazıram və bundan sonra da yazacam mütləq. Lakin bir çox hallarda sənin düşündüyünü eyni ilə olmasa belə bənzər düşüncələrlə səndən öncə  ifadə edirlər və sənin də bunları təkrarlaman mənasızdır.
  3. Çox az şey təcübləndirir – İllər öncə bir status yazmışdım ki, “Televizor izlədiyim zaman, ekranda göstərilən şəxslərdən biri tvdən çıxıb mənimlə salamlaşsa, deyrəm ayaqqabını soyun yevi çirkləndirmə”. Yəni məni təcübləndirən çox az mövzu var, təcüblənmədiyim halda isə nəyəsə reaksiya bildirmədiyi mütləq hesab etmirəm. Gərək nəsə qeyri adi və ya mövcud duruma uyğun olmayan birşey olsun ki, ona dair nəsə fikir bildirəsən. Bu gün isə ölkədə baş verən bir çox hadisələr mövcud durum üçün qaçılmaz hallardır. Müzakirə etməkdənsə qarşısını alacaq tədbirlər görməliyik, bu tədbirlər sırasında isə bir çoxunun yazdığı mənasız statuslar ən sonuncu yerrdədir. Nəsə bir tədbir görmək qərarına gəlsəniz xəbər edin, canla başla hazıram.
  4. Səbəbsiz etmək, mənasızlığa yol açır – Edilən hər şeyin səbəbli olması tərəfdarıyam. Bu o demək deyil ki, hər şeydə dərin fəlsəfə axtarıb əlavə məna yüklənməlidir, xeyir. Sadəcə səbəbsiz və mənasız şeyləri etməyi sevmirəm. Yanımda oturan və ya birlikdə yaşadığım şəxsə hansısa bir səbəbdən dolayı nəsə deyirəmsə, etdiyim paylaşımın da bir səbəbi olmalıdır. Etdiyim paylaşımlar yuxarıda qeyd etdiyim 3 səbəbə uyğun gəlmirsə, deməli o paylaşımı etməyimin də heç bir səbəbi və mənası yoxdur, boş-.boş simvollar israf edrək camahatın gözünü mazol etməyin bir adı yoxdur. Səbəbli şeylər daha maraqlı olur.

Qeyd: Qeyd etdiklərim sırf son günlər baş verən hadisələrə deyil, ümumilikdə hər zaman gündəmdə olan mövzulara aiddir. 

© Murad Məmmədov (Facebookda izlə)

 

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma