SARIŞIN QIZIN ÇANTASI

Məhəlləmizdə sarışın, mavi gözlu, olduqca şirin bir qız yaşayırdı. Adı Mehri idi. Mehrinin çox sevdiyi bir bel çantası var idi. Əslində o çantanı çox da doldurmurdu, içinə bir-iki kosmetika və xanımlara aid bəzi ləvazimatlar atırdı. Yəni bel çantası olmadan, kiçik bir əl çantası ilə də bayıra çıxa bilərdi, lakin çantasını o qədər çox sevirdi ki, nəinki onsuz bayıra çıxma bilməyəcəyini, hətta onsuz yaşaya bilməyəcəyini düşünürdü. Ona hər zaman maraqlı gəlirdi ki, bel çantası istifadə etməyən insanlar necə evdən çıxa bilirlər və harasa gedirlər. Bəlkə də bu çantanı onun üçün dəyərli edən, hansısa xarici ölkədə yaşayan qohumunun və ya ilk öpüşdüyü oğlanın hədiyyə etməsi idi, bilmirəm, hər şey ola bilərdi. Bir gün Mehri minir Baku Bas avtobusuna, yorğun olduğu üçün bel çantasını da çıxarır qoyur yanına. Bənövşəyi rəngdə olan qulaqcığını çıxarır və limitsiz internet paketinə sahib olduğu üçün youtubedə “No land – Aramızda Dinozor” mahnısını seçərək dinləməyə başlayır.

O enəcəyi dayanacağa çatdıqda avtobusdan düşür və evə doğru hərəkət edir, bu an onun yadına düşür ki, o çantanı avtobusda unudub. Təsəvvür edə bilirsiniz ? Onun üçün ən dəyərli olan birşey avtobusda getdi və bir də onu yenidən əldə edib-edə bilməyəcəyi məlum deyil. O dərhal Baku Bus şirkətinə zəng edərək hadisə barədə məlumat verir və günlərlə nəticəni gözlyir.
Mehri hesab edirdi ki, o çantanın olmaması böyük bir problemdir. Buna görə də onun üçün əsəb, gərginlik və göz yaşları ilə keçən günlər başlamışdı.

Çox yox, cəmi iki məhəllə bizdən aralı məhəllədə Elşən adlı tanışım qalırdı. O da ölkədə olan bir çox gənc kimi istəmədiyi halda və daha sonradan məşğul olmayacağı bir sahə üzrə olan universitetə hazırlaşırdı. Elşən univə məcburi şəkildə hazırlaşsa da, hazırlıqlara gedən zaman yeni qizlarla tanış olmağı, ünsiyyət qurmağı və əylənməyi çox sevirdi. Bir çox gəncdən fərqli olaraq Elşən hazırlığa gedərkən bel çantası götürmürdü, kitabları əzib arxa cibinə qoyurdu. Ona hər zaman maraqlı gəlirdi ki, bel çantasından istifadə edən insanlar necə rahatlıqla evdən çıxa bilirlər və harasa gedirlər. Bu çanta onları yormurmu ? Bəlkə də o çantasız gəzməyi, cəld və çevik şəkildə hərəkət etmək və qarşısına çıxan maniələri hoppanaraq geridə qoyub əylənə bilməsi üçün çox sevirdi, bilmirəm, hər şey ola bilərdi.

Bir gün Elşən evdə olarkən, valideynləri ona dedi ki, belə olmaz, yoldaşları hazırlığa səliqləli və bellərində çanta ilə getdikləri halda, o avara kimi kitabları əzib büküb cibinə qoyur. Valideynləri ona bunun doğru olmadığı haqda uzun-uzadı muhazirə söylədikdən sonra bildirdilər ki, ona çanta alınacaq və o da digər yoldaşları kimi belində çanta ilə gedib gələcək, belə olması daha doğrudur. Elşən buna nə qədər etiraz etsə də, valideynləri bu etirazları qəbul etmədilər.
Elşən hesab edirdi ki, o çantanın olması böyük bir problemdir. Buna görə də onun üçün əsəb, gərginlik və göz yaşları ilə keçən günlər başlamışdı.

Müəllif: Murad Məmmədov (Facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma