Bizə seks inqilabı lazımdırmı ?

Seks inqilabı termini ilk dəfə “Wilhelm Reich” adlı amerikalı və avstraliyalı psixoloq tərəfindən 20-ci sərin əvvəllərində irəli sürülüb.  Bu anlayış cəmiyyətlərdə seksual həyat prosesinin və nəticəsinin dəyişməsidir. Buna əsasən övlət nigahından kənar seksi əxlaqsızlıq, tərbiysizlik kimi qələmə verilən və həmçinin mövzunun səsləndirilməsi və müzakirəsi xoş qarşılanmayan cəmiyyətlərdə ehtiyac duyulur.

Bəs bizə yəni Azərbaycanda seksual inqilaba ehtiyac varmı ? – Bir dəfə internetdə qarşıma küçədə keçirilən sorğulardan birinin videosu çıxmışdı. Hə bizim insanların əksəriyyətinin öz şəxsi fikiri olmasa belə, başqalarının fikirlərini dinləməyi sevirlər, buna görə də sorğu videoları çox izlənilir. Həmən o küçə sorğusu videosunun mövzusu “Bizə azad seks lazımdırmı?” Və ya bənzər birşey idi. Sorğuda əsasən gənclər iştirak edirdi. Lakin məni ən çox üzən həmən o gənclərin, hətta aralarından şəxsən tanıdığım və özlərini daima “cool” hesab edən gənclərin bu suala verdikləri cavablar idi. Çünkü cavablar heç də azad seksi anlatan və doğru izah edən anlayışlar deyildilər. Yəni verdikləri cavablar azad seksdən başqa, seksin bütün çirkinliklərinə aid idi.

Bir  çoxları elə bilir ki, azad seks küçədə cinsi əlaqədə olmaq, heç bir hiss olmadan yalnız fiziki yaxınlıq etmək, hər gün partnyor dəyişmək və sairədir. Düzdü mən hər gün partnyor dəyişməyə də “pis baxmıram”. Hər kəsin öz şəxsi həyatı və düşüncəsi və zövq anlayışı var, heç kəs kiminləsə yatanda gəlib məni çarpayımdan yerə atıb mənim yerimdə yatmır, yəni heç bir dolayısı yol ilə şəxslərin bu seçimi məni nə narahat etmir nə də hüuquqmu pozmur. Sadəcə bildirmək istəyirəm ki, ümumilikdə bunların azad seksə adiyatı yoxdur. Azad seks odur ki, sən bu gün hətta ola bilər tanışlığın cəmi bir neçə gün sonrası və ya bir neçə il sonrası kiminləsə sevişməmişdən öncə özünü o şəxslə nigahlanmağa məcbur hiss etmirsən. Və ən əsası, sən bu gün o lənətə gəlmiş imza olmadan kiminləsə sekslə məşğul olanda, məhlə mağazasındakı Əlövsət dayı, qonşu Gülbadam xala, Nənənin bacısı qızının nəvəsi buna qarışmır. Və ya sən bu gün “seks” sözü işlədəndə, yanındakıların yarısı utanıb çıxıb getmir və yanında qalanların da ağızlarının beş metir aralanmır.

Bəli, bizə seks inqilabı lazımdır. Lakin bundan öncə bizə bu kimi anlayışları düzgün başa düşən fərli başdı inqilabçılar lazımdır. Bizdə dünya görüşü geniş və zəngin mənəvi xüsusiyyətlərə sahib olan inqilabçı kadrların çatışmazlığı var. Bu cür tiplərlə inqilab zad lazım deyil, daha da pisləşdirirlər vəziyyəti, cəmiyyətdə ikrah hissi oyadırlar. Qeyd etdiyim üstün xüsusiyyətlərə sahib olan gözəl insanlarımızda isə, inqilabçılıq ruhu yoxdur. Qorxmayın yoldaşlar, başqasının hüquqlarını pozmayan şəxsi seçimləriniz, onları gerçəkləşdirmək və ya dilə gətirmək sizin haqqınızdır. Mənim bu bloq yazısını yazdığım kimi!

P.S Bir də plz, fiziki yaxınlıq etməmişdən qabaq partnyorunuzu facekontoroldan keçirin, vallah bəzən elə dəyərszlərlə şey edirsiniz ki.
Hər kəsə xoş və ehtiras dolu seks arzularıyla :*

© Murad Məmmədov (Facebookda izlə)

“Bizə seks inqilabı lazımdırmı ?” üçün 2 şərh

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma