18 YAŞIM OLANDA KİFLƏNMİŞ ÇÖRƏK YEYİRDİM

Təxminən 18 yaşlarında idim, internet klubda işləyirdim. Həmən gün işə gələndə evdən nahar götürməyi unudmuşdum. Nahar vaxtı işdəki tumboçkanı açdım, gördüm bir neçə gün öncə dostlarla klubda yemək yemişik və ondan bir neçə dilim çörək və pendir qalıb. Çörəyi götürəndə gördüm ki, kiflənib, lakin buna əhəmiyyət vermədim, kiflənmiş yerlərini təmizləyib, üzərinə pendir qoyub yeməyə başladım və həmən günü naharı bu formada yola verdim.

Bunun səbəbi mənim ailəmin maddi durumunun aşağı olmasında deyildi, yəni belə bir durum yox idi, normal maddi durumu olub ailəmizin, həmçinin mən heç bir zaman məcburiyyətdən və imkansızlıqdan işləməmişəm, istəsəm işləməyədə bilərdim. Eyni zamanda bu hadisəni qeyd etməklə söhbəti “YeşilÇam” türk filmlərinə bağlayaraq əlinizə dəstmal vermək niyyətində deyiləm. Həmən internet klubda mənim gündəlik maaşım 4 azn idi. Pulu nahara və digər məcbur qalmadığım şeylərə ona görə xərcləmirdim ki, pulumu yığa bilim.

Mən ona görə pul yığırdım ki, müvəqqəti olan həmən iş yeri bağlanacağı təqdirdə heç kəsdən aslı olmayım. Öz pulum olmadığı üçün evdən pul alıb xərcləyəcəyim zaman, məndən “O pulu nəyə xərclədin?” Sualı ilə üzləşməmək üçün yığırdım. Azad yaşamaq üçün yığırdım o pulları. Məhs azadlığın ləzzəti dadlı edirdi o kiflənmiş çörəyi. Bəli, ola bilər azadlıq təkcə puldan aslı deyil, lakin azadlığın bir hissəsi də maddiyatdan aslıdırsa, niyə görə də daha çox azad olmaq üçün o hissəni də əldə etməyəydim. Bəlkə də kimisi içki düşükünü, kimisi qızbaz, kimisi əhli beyt aşiqi olduğu kimi, mən də aşırı dərəcədə azadlıq düşkünü, azadlıqbaz, və azadlıq aşiqiyəm.

Bu gün bu qədər xoşbəxt olmağımın özümə inamdan sonra gələn ikinci səbəbi, azad və müstəqil olmağımdır. Əminliklə söyləyə bilərəm ki, həyatda dadıla biləcək ən möhtəşəm təam azadlıqlıqdır. Bu günlərdə fikir verdim ki, gün ərzində çox su və çay içirəm. Bunu adətən ya iş yoldaşlarımdan kimsə mətbəxə gedəndə və ya evdə ev yoldaşımdan xahiş edirəm, çünkü gəzərkən əllərim çəlikləri tutmaqla məşğul olduğu üçün isti bardağı mətbəxdən götürüb başqa otağa apara bilmirəm. Bu vaxta qədər kimsə bu işdə mənə kömək etdiyi üçün narazıçılıq bildirmsə belə, bu mənim azadlıq və müstəqiliyimi məhdudlaşdıran amil olduğunun fərqindəydim. Lap kimsə sənə kömək etəkdən boyun qaçırmasa belə, təsəvvür elə ki, nəsə istəyirsən lakin həmən an sənə bunu etməkdə yardımcı olacaq biri yoxdu, bəs onda necə olacaq? Azadlıq ruhundan bir sim qırılmayacaqmı ? Qırılacaq əlbət, özü də səsi qulağında uzun müddət cingildəyəcək. Buna görə qərara verdim ki, ağzı bağlanan qapaqlı bir alım, sağolsun bir xanım dostum belə bir bardağı mənə hədiyyə etdi və indi mən bir pillə daha yüksək azadlıqdayam. İstədiyim zaman istədiyim içikini ona doldurur istədiyim otağa aparıram.

Azadlıq torun ortasındakı dilim və onun üzərində olan meyvədir. Azadlıq yatanda, duranda, gedəndə, gələndə kimsəyə hesabat verməməkdir (məlumatlandırmaq olar). Əgər hələ də azadlığı dadmamısınızsa, həyatın mənasını hələ dərk etməmisiniz deməkdir yoldaşlar. Azadlığa aparan ən effektiv üsul özünü inkişaf etdirməkdir ki, bunu daha öncədən də yazdığım məqalələrimdə geniş şəkildə qeyd etmişəm. Azad olun, həm daha öncə etdiyiniz səhvlərdən (özünüzü bağışlayaraq), həm də sizi məhdudlaşdıran insanlardan (onları özünüzdən uzaqşaldıraraq). Unutma, insan azad olmaq üçün yaradılıb və məhs azadlıqdadır xoşbəxtliyin təməli.

© Murad Məmmədov (Facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma