Mənəvi Həyat

Evə  gəlirdim, nədənsə beynimdə mənəviyyat və mənəvi dəyərlər mövzusu firlanırdı. Evə çatana yaxın bir bomj rusca səsləndi:

– 20 qəpiyiniz olmaz ?
– Səsi eşidib 3 addım atdıqdan sonra dedim, mən sizə 30 qəpik verəcəm
– Bağışlayın
– Üzr istəyəcək bir durum yoxdur
– Bağışlayın…
– Üzr istəyəcək bir durum yoxdur, buyurun 30 qəpik
– Çox sağolun, üzr istəyirəm…

Evə gəldim, dağınıq, səliqəsiz bir gəncin kirayə evi. Dünəndən qalmış vodka və albalı şirəsi, yenə dadlı bir məst edici qarışıq, qarışıq içki kimi qarışıq düşüncələr. Hə, evə gələndə mənəvi hisslər haqda düşünürdüm, mənəvi düşüncələr və ya mənəviyyat, bir çoxunun indiki zəmanədə partlayıcı qurğu tək uzaqlaşdığı bir amil. Bilirsən niyə ondan uzaqlaşırlar ey dost ? Çünkü onda fiziki heçnə yoxdur, nə toxunuş, nə səs, nə görünüş, o görünməyən dəyərdir, amma indi kimdi görünməyən şeylərə dəyər verən, axı indi hamı görünüş, bər-bəzək ardınca qaçır.

Əslində bu qaçış bir növ özündən uzaqlaşmaq istəyən şizofreni xatırladır, o qədər özündən bezirsən ki, qaçmaq istəyirsən, özündən, öz daixli aləmindən, mənəviyyatdan. Hətta şəhərlər belə tarixi dəyərlərinə görə yox, al-əlvan çıl çıraqlarına görə dəyərləndirilir. Hər şey, tamami ilə hər şey görünüşə və fiziki amillərə görə nəzərdən keçirilir. Bəs mənəvi və ruhani dəyərlər ? Bağışlayın, yenə olmayan şeylərdən danışıb baş-beyninizi xərəb edirəm.

Mənəvi dəyər bilirsiniz nədir ? O heç bir fizioloji və bioloji amillərləəlaqəsi olmayan birşeydir.Məsələn sən ondan iki qat daha çox yorulsan belə, onun yorğunluğu səni daha çox üzür. Bəzən öz istəklərin bir kənara qalır, onun istəkləri uğurunda vuruşursan. Bəzən, bəzən bəzəəəəəəən…! Bəzən düşünürəm ki, bir gn hər kəs dediklərimin fərqiə varacaq, o zaman mənəvi dəyərlər öz yerini tapacaq. Bəzən, bəzən…

Çox içmişəm bağışlayın, yoxsa mənasız cümlələrimlə sizi daha çox məşğul edərdim. Hörmətlər, sayğılar.

© Murad Məmmədov (Facebookda izlə)

 

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma