BUNLARI ETMƏSƏNİZ XOŞBƏXT OLA BİLMƏRSİNİZ

Risk etmək

Bəzən beynimizdə çox saylı rəngarəng istək və arzuların olmasına baxmayaraq, olduqca sıxıcı və monoton həyat yaşayırıq. Bu kimi durumlarda ən doğru addım həmin o istəkləri həyata keçirmək üçün risk etməkdir.

Risk etmək sizə həyacan yaşatmaqla yanaşı, düşünmədiyiniz uğurlar da qazandıra bilər. “Risk etməyən şampan içməz” deyimi səsləndiyi kimi sadə deyil, bu deyim şampanın gözəl və samballı bir ərmağan olmasından xəbər verir. Bu da o deməkdir ki, gözəl şeylər əldə etmək üçün risk etmək mütləqdir. Risk sanki sükutu pozan bir bayram zəngidir. Bəlkə də siz bugün risk etməklə, ömrünüzün qalan hissəsini dünyanın ən xoşbəxt adamı olaraq keçirəcəksiniz. Bəlkə də həyatda arzuladığınız bütün istəkləriniz qapınızın arxasında dayanıb və sizin olmaq arzusu ilə alışıb yanaraq risk etməyiniz üçün dua edirlər.

Öz istədiyin şeyləri etmək

Bir robot təsəvvür edin, “iskoç bilim adamları” ona proqram yazırlar və nə edəcəklərinə dair onlar qərar verirlər. Siz də öz istəklərinizi deyil başqalarının istəklərini reallaşdırdıqda o robotdan fərqlənmirsiz və 1+1 in cavabı qədər bəsitdir ki, robot xoşbəxt ola bilməz.  Sənin həyatda fərd olduğunu və yaşadığını sübut edən əslində nəfəs almağın deyil, istədiyini etməyindir. Təsəvvür et ki, sənin üçün xoşbəxtlik 1 milyon dollarının olmasıdır, bəs bu bir milyonun olduqdan sonra onu necə xərcləyəcəyinə dair sən yox başqası qərar versə, yenə də xoşbəxt olarsan ? Cavabını təxmin edirəm, cavab verməsən də olar :)

Yeniliklərə can atmaq

Təsəvvür et ki, çoxdandır arzuladığın bir telefon alırsan, bəli bu telefonun xoşbəxtliyi səndə bir müddət davam edəcək. O telefonun bütün funksiyalarını öyrənib istifadə edəcəksən. Lakin o telofondakı hər şeyin dadına baxdıqdan sonra bu xoşbəxtliyin səviyyəsi altında deşiyi olan vedrənin içindəki suyun səviyyəsi kimi azalmağa başlayacaq. Məsələ telefonda deyil əldə edilən hər hansı bir şeyin həyəcanıyla gələn xoşbəxtlikdədir. Əgər siz bugün xoşbəxt deyilsizsə, deməli, sahib olduğunuz hər şey mağazada satılmayan ərzaq kimi köhnəlib. Bu o deməkdir ki, mütləq malik olduğunuz şeylərə həyəcan və yenilik qatmaqla yanaşı onlara “yeni bacı və qardaşlar gətirmək vaxtıdır”. Unutmayın, hələ kəşf etmədiyiniz başqa dünyalar da var, bəlkə də o dünyaların birində indikindən daha çox xoşbəxt olacaqsınız, ona görə yeni dünyalara xoşgəldin demək üçün açın qapıları.

© Murad Məmmədov (Facebookda izlə)

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma