Toxunmadan orgazm yaşamaq (+18)

Bəzən doğma bir qardaşın olur, amma o sənə diqqət, qayğı göstərmir, o özü və bialoji faktorlar deyir ki, o sənin qardaşındı, lakin sən bunu heç cür hiss etmirsən, çünkü o bunu hiss etdirmir. Amma bəzən də bir dostun olur, o sənin nə bioloji olaraq qardaşındı nə də heç bir zaman bu cümləni sənə deməyib. Lakin bir də görürsən sən qarşına nəsə bir məqsəd qoyursan onu gerçəkləşdirmək ehtirası ilə alışıb yanırsan və o dostun sənin gözlərinə baxaraq gözlərini qıyır, üz cizgiləri sərtləşir və “Həəəəə!” deyə qışqırır. Və sən o anda hiss edirsən ki, onun bu qışqırığı “Həə sən bunu edəcəksən, mən hər zaman sənin yanındayam” anlamına gəlir, bu onun sənə bir qardaş qədər yaxın və dəstək olmağını bildirir. Bu qışqırığı isə əli ilə sənin çiyninə kiçik bir toxunuşu və ya lazım olan anda laızm olan yerdə qucaqlaması da əvəz edə bilər. Məsələ nə qardaşlıqda nə də bir kilo sosiskada deyil, məsələ birinə sevdiyini hiss etdirməkdədir və məhs laızm olan anda lazım olan yerdə lazım olan vasitələrlə.

Çünkü nə sözlər nə də fiziki toxunuşlar özlüyündə hiss etdirici amillər deyillər. Əgər sən qorxanda və ya kövrələndə o sənin əlini tutaraq “qorxma, sənin yanındayam” hissini bəxş etdirmirsə, sən iş görəndə onun sənin əlini tutması, heç bir təsir gücünə malik olmur. Əgər bu gecə mənimlə sevişib mənim yanımda yatan qadın gecə mənim saçımı sığallayaraq məni sevdiyini deyirsə və mən həmən o anlarda beynimdə bilirəmsə ki, bu qadın səhər oyanıb başqa bir kişinin yanına gedəcək, mən o an o qadının mənə olan sevgisini hiss etməyəcəm. Və ya istənilən bir statusda münasibətin olan biri sənin yanında telefon əlində qurtdalanaraq, səninlə vaxt keçirməyin onun üçün dəyərli olduğunu deyirsə, sən bu dəyəri hiss etmyəcəksən. Bəzən hiss etmək üçün bunların heç birinə ehtiyac yoxdur, sadəcə onun gözlərinə baxaraq da, bu baxışlarla “bir quranlıq söhbəti” əvəz edərək çox şeyi hiss etdirmək olur. Məqsəd nəyisə hiss etdirməkdirsə, bunu heçnəsiz də etmək olar, sadəcə hiss etdirmək istəyini hiss etdirərək.

Hiss etmək önəmlidir yoldaşlar, əgər bu gün elm sübut edirsə ki, heç bir toxunuş olmadan da insan orgazm yaşaya bilər, mövzunun nə qədər ciddi və önəmli olduğunu özünüz başşa düşün.
Əgər siz də mənim kimi oxuyan uşaq deyilsinizsə, onda elmi *ikdir edin bir kənara və hiss etməyin nə qədər gücə sahib olduğuna əmin olmaq üçün, erotik yuxu görərək orgazm yaşadığınız günləri yadınıza salmanız kifayətdir. Heçnə etmədən və toxunmadan, sadəcə yuxuda hiss edərək. Utanmayın bu normal haldır, bir çoxumuzda olub. Əgər bir gün gözləri yaşlı varlı olan birini görsəniz bilin ki, başqaları hesab etsə də, o özünü xoşbəxt hiss etmir.

Hiss etmək önəmlidir yoldaşlar, sevdiyiniz insanlara sevdiyinizi hiss etdirin. Əgər bu gün fiziki olaraq sahib olub da, sahib olduğunuzu hiss etmədiyiniz şeylər varsa, anlayın ki, sevdiyinizi və ya çox istədiyinizi deyib də bunu hiss etdirmədiyiniz insanlar da eyni ağrını yaşayır. Qarışıq cümlələrlə beyninizi çox ağrıtmaq istəmirəm. Sadəcə gərəkdiyi zaman, gərəkdiyi yerdə və gərəkli olan vasitələrlə sevdiyiniz insana sevdiyinizi hiss etdirin. Hiss etmək yaşamaq deməkdir, sevdiklərinizi yaşadın.

© Murad Məmmədov (Facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma