Qaranlıq və işıq
Qaranlıqdan işığa keçid, göz qamaşdırır narahat edir, hər şey rahat etməyəcək ki, bəzən də narahat olmağı öyrən, diyəsən rahatlığıa çox öyrəşmisən. Öyrəşmək yaxşı şeydi, əgər yaxşı şeylərə öyrəşirsənsə.
Mən həyatdan yazıram, gördüklərimdən yaşadıqlarımdan, bəs görəsən həyat məndən yazır ? yazırsada haradasa məndən gizlin, birgün üzləşəndə göstərəcək mənə, deyəcək bax, sən yazanda mən də yazırdım, amma səndən fərqli olarq paylaşmırdım gizlədirdim.
Gizlətmək nə qədər mümkündür ki? Vəfat etmiş nənəmin dediyi kimi, oğurluqla qəhbəliyin ömrü 40 gündü, o hər dəfə deyəndə mən düşünürdüm doğurdan 40 gündü ? Bəs 39 və ya 41 gün olsa necə olacaq ? Bu sual məni çox düşündürürdü, bu oxucunun “yazının sonu hara gedir” düşüncəsi qədər.
Düşüncələr qədər reallıq da gerçək olsaydı kaş, amma getmir, düşüncələr sərhədsiz, reallıqlar sərhədli və incidir. Təkcə reallıq incitmir, indi oturduğun oturacaq da səni incidə bilər, əgər çox otursan, çalış çox oturma.
Buradan tərs küncdən girirəm söhbətə, bəsti oxudunuz, bir az da hərəkətə keçin, hərəkətə keçə bilməsəniz hərəkət edənlərin sırasına keçin, bəlkə o sıra sizi irəliyə sürükləyər. Sərxoş şairiniz neyləyir ? Sərxoş halı ilə neyləyə bilər ki, sizi öpüb və qucalayır.
© Murad Məmmədov (Facebookda izlə)