Nağıla bənzəyən münasibət – Şeir

Sənlə münasibətimiz o qədər gözəldir ki, elə bilirəm kimsə mənə nağıl danışır.
Bu nağılın tərkibində olanlar o qədər rahat və sərhədsizdir ki, sanki ətrafımızdakı bütün reallıqları aşır.

Yeni tanış olanda sənin adını əzbərləməkdə çətinlik çəkirdim,
indi az qala hamıya sənin adınla müraciət edirəm, özümdən aslı deyil, dil çaşır. Ağlım səhv etdiyini bilsə də, mövzu sən olunca qəlbimlə barışır.

Kim deyir ki şeir yazmaq çətindi ? Heçdə belə deyil, sətrin əvvəlinə “səni” qoyuram, ardınca bütün cümlələr yaraşır. Amma bu təkcə şeirdə belə deyil, sayəndə bütün müşküllər asanlaşır.

Yenə düşüb qaranlıq, atalar bu duruma uyğun deyirlər, xeyir şərə qarışır. Səni görmək istəyimi bilən sabahlar, ən zülmət gecələrlə yarışır.

© Murad Məmmədov – 28.06.2017

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma