Yazdığım kitabdan nə qədər pul qazanmışam ?

Hansısa yazar deyirsə ki, mən kitabı maddi gəlir güdmədən və bu haqda düşünmədən yazmışam, bilin ki, ya ağ yalan danışır ya da zibil kimi pulu var və kitabdan qazanacağı məbləğ onu düşündürmür.

Ötən ilin təxminən bu günlərində, müəllifi olduğum “UĞURUN XƏRİTƏSİ” adlı ilk kitabım işıq üzü gördü. Kitabı yazan zaman ilk məqsədim pul qazanmaq olmasa da, işıq üzü görəndən sonra bu kitabdan nə qədər qazanacağım da az maraqlandırmırdı məni. Özüm üçün babat xəyallar qururdum. O vaxtı təxminən  3-4 min arası facebook dostum var idi (indi 5 minlik limit dolub). Düşünürdüm ki bu 3-4 min fb dostumdan cəmi min nəfəri elə min tirajla çap etdirdiyim kitabımı alsa kitabın biri 5 azn olduğu üçün 5 min manat cibdədi və “xoşbaxtçılıq”. Sonra acı həqiqətlər mənə söylədi ki, sən saydığını say, mən bidənə tualetə gedim gəlirəm.

İlk növbədə kitabı yazmaq və çap etdirmək üçün xərclədiyim pullardan danışım. Kitabın böyük bir hissəsini müxtəlif kafelərdə yazmışam. Ümumiyyətlə mənə fərqi yoxdu kitab ya məqalə evdə yaza bilmirəm, çünki təb gəlmir. Axı adam necə üzü divara oturub nəsə yaza bilər? Mən yazanda gərək ətrafımda nələrsə baş versin, fonda musiqi səslənsin, insanlar hərəkət etsin. Bu səbəbdən kitabı yazdığım beş ay müddətində kafelərə gecə saatlarında getdiyim üçün taksilərə xərclədiyim pulun cəmi təxminən 200-300 azn edir.

Kitabın nəşri üçün lazım olan məbləği çalışdığım “Bank of Baku” ASC sponsorluq etdiyi üçün (1400 azn), nəşrə pulum çıxmadı. Lakin kitabın təqdimatı “Park İnn” hoteldə keçirildiyi üçün təqdimatçun pulu nəşrdən qalan kiçik vəsaitin üzərinə 170 azn qoyaraq ödədim.

Kitab işıq üzü görməmişdən Azərbaycanda yazarlar və xüsusən də ilk kitab müəllifləri neçə nüsxə nəşr etdirirlər və başqa amillərlə maraqlanmamışdım, yaxşı ki də maraqlanmamışam. Çünki kitab yayımlanandan sonra öyrəndim ki, Azərbaycanda oxucu kütləsi çox azdır. Hətta bəzən məşhur yazarlarımız belə, ilk dəfə üçün sadəcə 500 ədəd çap etdirirlər. Və bunu bilməməyim  mənim bu çərçivə daxilində düşünməməyimə səbəb oldu və bu gün mən 1000 ədəd kitabdan təxminən  500 ədədini artıq satmışam. Mağaza və kitab kafelərinin satışdan götürdükləri faizləri və bəzən içdiyim üçün qeydə almağı unutduğum kiçik məbləğləri çıxsaq, bu gün kitabdan əldə etdiyim qazanc 1055 azndir.

Yəni yoldaşlar, 10 milyona yaxın əhalisi olan ölkədə kitab oxumaq mövzusu biyabırçı səviyyədədir, oxucu kütləsi çox azdır. Zənnimcə bu bir ölkə üçün rüsvayçılıqdır. Amma belədə olmalıdır, çünki bu gün televiziya kanalımız kitab oxumağı təbliğ etdirəcək heç bir verliş yayımlamır. Mənə bir veriliş deyin ki, orada gənclərə kitab oxumağı sevdirməklə məşğuldurlar. Yoxdu belə birşey, ölkədə olan tv kanalları yalnız şou və savadsızlıq təbliğ edirlər. Həmçinin dövlət tərəfindən bu yöndə görülən tədbirlər də yetərsiz və effektsizdir.

Qənaətə gəldiyim nəticə ondan ibarətdir ki, Azərbaycanda kitabının çox satılması üçün ya gərək yaxşı reklamın olsun, ya da yazarlıqdan öncə başqa sahədə məşhur biri olasan, bu ikisindən biri olduğu halda fərqi yoxdu kitab oxuyandırlar ya yox, sənin kitabını alacaqlar. Hər zaman dediyim bir söz var, xərçəngin dərmanını tap kitab yaz, reklamı olmasa satılmayacaq. İlk kitabımı həm yazdığım zaman həm də satışını təşkil etdiyim zaman yol verdiyim səhvləri görərək ikinci kitabda yol verməol verməyərək sizlər üçün daha gözəl bir kitab yazmaq diləyi ilə.

© Murad Məmmədov (Facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma