İlk öncə onu deyim ki, məncə bu anlayış olsa-olsa biz də daxil olmaqla əhalisinin düşüncə tərzi bizim kimi olan cəmi bir neçə ölkədə olar. Çünkü bir çox avropa ölkəsində rəsmi dövlət nigahı olmasa belə, insanlar vətəndaş nigahı ilə bərabər yaşayırlar, ən azından “evdə qalmırlar”. Biz və bənzər ölkələrdə isə bir çox hallarda rəsmi nigah olmadısa, vətəndaş nigahı da olmur, cütlüklər gənc yaşda olmasalar belə, gizlin görüşür, bir evdə yaşamırlar. Münasibət bir az irəliləyən kimi, yaşından aslı olmadan deyirlər al məni. Beləcə birlikdə yaşamaq fürsətləri olduqları bəyi də qorxudub qaçırırlar :)
Yaxşı bəs Azərbaycanda hansı qızlar evdə qalır ? Açığı bu sual məni çoxdan düşündürürdü. Daima maraqlı gəlib ki, necə olur bəzi xanımlar bir ömür öz yarlarını tapmırlar ? Nəhayət bu günlərdə öz aləmimdə təxmini cavabını tapmışam.
Hesab edirəm ki, bu nə köhnə düşüncəli, nə də muasir olan ailələrdə yetişən xanımlardır. Məsələ burasındadır ki, köhnə düşüncəli və mentalitetə aşırı üstünlük verən ailələr övladlarını onların fikirini soruşmadan kimə gəldi məcburi də olsa ərə verirlər gedir. Və ya muasir düşüncəli və mentalitetdən uzaq ailələrin övladları isə, sərbəst şəkildə daima müxtəlif əks cinslərlə tanış olur, dostlaşır, birlikdə müxtəlif məkanlarda maraqlı vaxt keçirirlər və bu prosedurlar nəticəsində öz istədiklərini, daha dəqiq desək, kifaət qədər seçim olduğu üçün, ürəyləriycən olan birini mütləq tapırlar və ailə həyatı qururlar.
Çünkü istər xanım istərsə də bəy olsun, ailə həyatı quracağı şəxsə qədər bir neçə münasibəti olsa, o əsl axtardığının nə olduğunu daha aydın şəkildə biləcək və mütləq ki öz istədiyi xüsusiyyətlərə sahib insanın axtarışına çıxacaq, nəinki tam olaraq necə birini axtardığını bimədən axtarsa. Şəxsən öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu gün sevgi münasibəti qurduğum xanım çox ürəyimcədir, hətta deyəridm bu vaxta qədər münasibət qurduğum heç bir xanım olmadığı qədər. Çünkü daha öncəki münasibətlərim zamanı, hər birində daha da dəqiq anladım ki, mən nə istəyirəm, mənə necə biri lazımdır. Buna görə də ailə həyatı quracağım xanımın necə biri olmaı olduğunu daha yaxşı bildim.
Bəs yaxşı, nə geridə qalmış, nə də musair olmayıb, bu ikisinin arasında qalan ailədə yetişən xanımar nə olur ? Bəli, doğru təxmin etdiniz, bu ikisinin arasında qalan yerli xanımlarımız, evdə qalırlar. Çünkü köhnə düşüncəli olmadıqları üçün, ən azından kəndlərindən olan birinə də ərə getmirlər. Tam muasir olmadıqları üçün isə, axşam saat 9 olmamış evdə olmalıdırlar, ad qoyulmadan heç bir oğlanla görüşmürlər, sevgili olmadıqları oğlanla kinoya getmirlər, mütamadi olaraq əks cinslə tanış olmaq kimi bir lyüksları olmur, nəticə etibarı ilə, ömürləri boyu cəmi iki üç oğlanla o da gizli üsullarla tanış olmaq şansları olduğu üçün və bunlarında sayı çox az olduğuna görə içlərindən ürəyləriycən olanı olma ehtimalı 0% a bərabər olduğu üçün, seçim edə bilmir, yox deyirlər və bir də baxırlar ki, yaş olub 40…
Bizim cəmiyyəti də bilirsiniz də, gənclik yaşını keçən xanımlara ya evlənib boşanmış bəyləri laiq görürlər, ya da ümumiyyətlə artıq yaşı keçib “evdə qalıb” deyərək yaxın durmurlar. Əşi cəmiyyətimizdən ümumiyyətlə danışmayım e, çünkü mənfi xüsusiyyətlərini saymaqla bilməyəcək. Bilirəm səbirsizliklə bu durumdan çıxış yolu üçün tövsiyyəmi maraq edirsiniz, lakin elə də çox şey deməyəcəm. Qısa olaraq onu deyə bilərəm ki, çalışın ortalıqda qalmayın, ya oyanlıq olun ya da buyanlıq, nə istədiyinizi bilin. Bəli, ən əsası NƏ İSTƏDİYİNİZİ! Başqalarının nə istədiyini yox, öpürəm bağrıma basıram.
© Murad Məmmədov (Facebookda izlə)