Tanrının bizə verdiyi ən dəyərli hədiyyəsini tapmışam!

Məqalənin başlığını görüb elə bilməyin ki, indi quran ayələrindən girib, şəirət hədislərindən çıxacam. Yox, mənim tanrım heç bir dinə bağlı bir Tanrı deyil və o sırf haradasa yox, hər yerdədir. Bu yaxınlarda müzakirələrdən biri zamanı tanrının insana ağıldan, şuurdan, zəkadan və bilmirəm artıq onu necə adlandırırsınızsa, ondan da dəyərli bir xüsusiyyət bəxş etdiyinin fərqinə vardım. İndi onu sizinlə birlikdə kəşf edəcəyik.

Ağıl ?

Doğrudur, ağıl və şuur özlüyündə çox dəyərli bir xüsusiyyət və tanrının hədiyyəsidir, amma o qədər də mükəmməl bir hədiyyə deyil, çünkü onu itirə (hansısa bir qəza zamanı yaddaşımızı və ya şuurumuzu itirə və qeyri adekvat davranan biri ola bilərik). Həmçinin bəzən ağıllı və şuurlu olmağımız heç də bizi xilas etmir. O qədər ağılı yəni şuuru olan insanlar var ki, ya acından ölür, ya da verilən bu hədiyyədən istifadə edə bilmir. Demək istəyirəm ki, ağıl və şuur da bir yerə qədər kömək edə bilər, dənizdə üzə bilmək üçün, heç də ağıl bizə kömək olmur. Məsələn mən özümə görə çox ağıllıyam, amma hələ də qolçaqsız  üzə bilmirəm :)

Cinsiyyət orqanı və ehtiras hissi ?

Hə, bu da ən dəyəri hədiyyə ola bilərdi, impotensiya və ya seksdən bezmə hallardı olmasaydı. Başa düşürəm çox dəyərli amillərdir, bəzən sevişərkən elə hisslər yaşayırsan ki, elə bilirsən bu hisslərdən başqası yalandı, amma bu düşüncənin özü yalandı. Çünkü seks və ehtiras hissi ilə sən eyforiya hissindən və dünya əhalisini artırmağından başqa heçnə edə bilməzsən, hə bir də cəhənnəmlik olduğun halda, illərdir ürəyi sevişmək istəyən yaşlı qadını zorlayaraq cənnətə düşməkdən başqa (Belə bir lətifə var, istəsəniz əlaqə saxlayarsız danışaram).

VƏRDİŞ! (Məclisə aş gəlir)

Toylarda ən dəyərli yeməyin plov olduğu və xüsusi təmtəraqla gətirildiyi kimi, Tanrının insana bəxş etdiyi ən dəyərli hədiyyəsi də vərdiş etmə xüsusiyyətidir və o sonda xüsusi vurğu ilə qeyd edilməyə laiq bir məhvumdur. Nəyə görə vərdiş ? “Qulaq asın cəmahət, mən danışıram rəvayət”:

Vərdiş eyni fəaliyyəti çox sayda etdiyin zaman yaranır – Nə zaman ki, o şuur və iradə tələb etmir. Biz uşaq vaxtı birdən yüzə qədər saymağı ağlıa görə yox, əzbərlədiyimizə, daha dəqiq desək, vərdiş etdiyimizə görə öyrənirik.  Bu gün su itilərin rəqs edirsə, 4-cü sinif şagirdi 10 yaşlı Tarık adlı uşaq 1 dəqiqədə kitabın 67 səhifəsini oxuyursa, bu vərdişdir. Ağılın gücü çatmayan şeyləri belə, vərdiş sayəsində əldə etmək mümkündür. 7 il öncə ramanada peşə öyrədilən mərkəzdə təhsil alırdım, orada daun sindomlu bir oğlan vardı. Yeni gələndə inanılmaz səliqəsiz biri idi və qeyri etik davranışlara sahib idi. Birneçə ay sonra o bizlərdən sabunla əl yumaq öyrənmişdi. Hansı ki o buna ağıl ilə yox, bizim ona daima bunu etdirməyimiz sayəsində nail olmuşdu. Və bildiyiniz kimi daun sindromu əqli gerilik xüsusiyyətinə sahib bir sindomdur.

Vərdiş sizi “yerin dibinə” soxa və eyni zamanda “səmalara” ucalda bilər. Doğmalardan uzaq qalmağı, yadlarla doğmalaşmağı, ən inanılmaz uğurları qazanmağı BACARARSINIZ, vərdiş sayəsində. Tanrının ən dəyərli hədiyyəsi vərdişdir.

© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma