Millətim bir çox sahələrdə peşəkarlıq axsaqlığı yaşadığı kimi, intim kadrları təqdim etməkdə də açıq aşkar büdrəyir.
Az sonra faktlarla nümunələr təqdim edəcəm. Hazırda isə məsələn söylüyürəm. Fikir vermisinizsə çəkilən yerli filmlərdə öpüşmə səhnələr köhnə hind filmlərindəki kimi kişi ilə qadının dodaqlarının bir-birinə yaxınlaşmağı ilə məhdudlaşır, adi öpüş səhnələri də göstərilmir. Və ya rejissor cütlüyün sevişmə və gecəni bərabər keçirmə səhnəsini kişi ilə qadının yarıçılpaq halda özlərini yatağa atmaları və bir də səhəri eyni yataqda açmaları şəkilində təqdim edir. Mənim istəyim yerli filmlərdə, kliplər və reklamlarda porno izləmək deyil, belə istəyim olsaydı, google- da axtarıb izləyərdim, şükür “ik port” ilə video köçürmə dövrünü keçmişik.
Xarici video görüntülərdə bu kimi kadrlar reallığı və təbiiliyi əks etdirmək üçün daha açıq şəkildə əks etdirilir, yəni onların da başqa məqsədləri yoxdur, sadəcə bu kimi kadrlar yuxarıda qeyd etdiyim kimi əks etdiriləndə daha saxta və baxımsız görünür, çünki realda heç bir cütlük dodaqlarını yaxınlaşdırıb və sonra bir-birini bacı qardaş kimi qucaqlamırlar.
Bu məqaləni yazmağıma səbəb son zamanlar izlədiyim iki video oldu. Məhz bu iki video məni çox hiddətləndirdi. Bu videolardan biri aşağıda şəklini gördüyünüz Video blogger Əlixan Rəcəbovun irşad telekoma çəkildiyi reklamdır. Kadrda Əlixan bəy şirkətin əməkdaşı rolunu oynayan aktrisanın sinəsinə baxır. Baxır belə yaxşı edir, əlinin içindən gəlir ) Məsələ burasındadır ki, orada baxmalı heçnə yoxdur. Rejissor öz aləmində guya yaxası açıq bir xanım obrazı yaratmaq istəyib, amma imkanı olsa başına hicab da taxdırardı. Çünki baxımlı açıq yaxa belə olmur, sinənin baxımlı olması üçün o qədər açıq olmalıdır ki, oradan ya məmədan (byustqalter), ya da görünən başqa bir şey olsun. Yəni yenə də sünilik və qeyri təbiilik dolu bir kadrdır.
Növbəti video isə bu günlərdə işıq üzü görən və müğənninin özünün dediyi kimi səsküyə səbəb olan Aygün Kazımovanın – Sus klipidir. Klipdə Aygün xanım fahişə obrazını canlandırır. Rejissorun fahişəyə aid çəkdiyi klip üçün fantaziyasının ən pik nöqtəsi yaşlı kişinin kameranın üzərinə uzanmasıdır, yəni guya ki Aygün xanımın üzərinə uzanır. Vəssalam, bu klipdə fahişə həyatını təbii və real şəkildə əks etdirən başqa kadr görə bilməzsiniz. Amma Aygün Kazımova müsahibələrində elə danışır elə bil porno kinoya çəkilib.
Cəmiyyətimizə çox sayda peşəkarlar, cəsarətlilər və inqlabçılar diləyi ilə…
© Murad Məmmədov (facebookda izlə)