Bəzi şəxslər öz görünüşündən utanır, mən də məhs buna görə dostuma demişdim ki, telefonunu çıxarıb mənim şəkilimi çəksin.
Mən çəliklərlə gəzirəm, lakin başqa ölkəyə gedəndə hava limanının döşəməsi sürüşkən kafel olduğu üçün və ərazisi çox geniş olduğu üçün, hava limanının gəzməkdə çətinlik çəkən şəxslər üçün təqdim etdiyi əlil arabası xidmətindən istifadə edirəm.
Təxminən 2 il öncə sosial sahədə fəaliyyətimlə bağlı sankt peterburq şəhərinə səfər etmişdim. Bakıya qayıdmaq üçün yola çıxanda peterburq hava limanında Elvin adlı dostuma dedim telefonunun ilə mənim əlil arabasında olan şəkilimi çək, o soruşmuşdu nəyə görə ? Cavab olaraq bildirmişdim ki, Bakıya çatanda yazacağım məqalə üçün laızm olacaq, Bakıya qayıdandan sonra yenidən aktiv həyat tərzim və işlərim indi deyəcəklərimə mane olmuşdu. Amma mövzu yadımdan çıxmamışdı, nəhayət yazıram:
Bilirsiz mən bu şəkilləri nəyə görə çəkdirmişdim? Çünkü bir çox şəxs nəinki əlil arabasından istifadə etdiyinə görə utanır, hətta qarnının bir az şişman olduğuna görə, ayağıının bir az əyri olduğuna görə, burnunun bir az iri olduğuna görə çox utanır. Və şəkil çəkəndə min cür hoqqadan çıxır ki, məhs xoşuna gəlməyən hissələri düşməsin.
Həmən şəxslər unudur ki, insanı insan edən onun görünüşü deyil, onun şəxsiyyəti və kimliyidir. Şəxsiyyət və kimliyi isə insanın daxili dünyası və mənəvi xüsusiyyətləri formalaşdırır. Yox, söhbət böyrəyin və ya qara ciyərin rentgen görüntülərindən getmir, söhbət onun salamdan sonra ağzından çıxaracağı ikinci cümlə, ilk baxışdan sonra gözündə yaranacaq enerji kütləsindən, biri yixildiğinda verəcəyi reaksiyadan gedir. Şəxsiyyəti formalaşdıran onun görünüşü yox onun xüsusiyyəti və sahib olduğu mənəvi dünyasıdır.
Səninlə yenicə tanış olan biri ilk olaraq sənin ayaqlarına, üzünə və gözünə fikir verə bilər, amma bu cəmi bir neçə saniyə davam edəcək, bu bir neçə saniyə sonra qol vurmaq şansı səndədir. Sənin mənəvi dünyan təyin edəcək o insan səni bəyənəcək və ya bəyənməyəcək. Yəni dolayısı yol ilə sənin üçün önəmli olan birinin səni bəyənməsi və ya bəyənməməsi sənin görünüşün yox daxili dünyandan aslıdır. Hə əgər sırf görünüşə qiymət verən quş beyinlər varsa, onlar sadəcə sənin yanından ötüb keçəcək şəxslərdir,o şəxslərin isə sənin haqda nə düşünəcəkləri önəmli olmamalıdır, yoxsa evində “zoopark” açmaq niyyətindəsən?
© Murad Məmmədov (facebookda izlə)