Hansı qadınlar xəyanət edir ?

O gün facebook dostluq siyahımda olan bir dostum yazmışdı ki, qadınlar sosial şəbəkədə ərlərinə xəyanət edirlər. Bir xanım da şərhə son illərdə sosial şəbəkələr səbəbəbi ilə baş verən boşanmaların statistikasından filan arqumentlər gətirmişdi. Həmən gün məşğul olduğum üçün bu statusa sadəcə gülüb keçmişdim.

Hansı qadınlar xəyanət edir?

İlk növbədə bilmək lazımdır ki, bugünkü günümüzdə nə varsa, hamısı keçmiş zamanlarda və hatta yeri gələndə daş dövründə də olub. Sadəcə başqa formada və üslubda. Necə keçmişdə yemək əl ilə, indi isə çəngəl-qaşıqla yeyilir, xəyanət də keçmişdə başqa üsullar ilə, indi isə yeri gələndə sosial şəbəkə vasitəsi ilə edilir.

Hansı qadın və ya ümumiyyətlə hansı tip insanın xəyanət etdiyini balaca uşaq da kimisə sevsəydi cavabı bilərdi. Əlbəttə ki, xəyanəti partnyorunu sevməyən və ya belə demək mümkünsə, partnyorunun nəyisə ürəyincə olmayan şəxs edir.

Deyir, qadın sosial şəbəkələrdə həyat yoldaşından gizlin başqa kişilərlə yazışır. Gözəl insan, sənin qadının səni bəyənmirsə, facebook olmasa da, sənə xəyanət edəcək. Facebook olmayacaq, qatıq satan Mamedlə edəcək, facebook olmayacaq, qapıya gələn su pulu yığan Ələsgərlə edəcək, o da olmadı, səhərlər övladını apardığı baxçaya gələn başqa bir valideynlə xəyanət edəcək.

Birmənalı şəkildə, əksər xəyanətlərin səbəbi ya sevgisiz ya da bir gün görüşüb, ikinci gün evlənməkdir. Uzun müddət sadəcə sevgili olub sonradan evlənən şəxslər niyə biri-birilərinə xəyanət etsinlər axı?! Xəyanət edirsə, deməli, evləndiyi adamı tam tanımayıb evlənib, daha yaxından tanıyanda isə başa düşüb ki, az öncə işlətdiyim “evləndiyi adamı tam tanımayıb” cümləsində hansısa sözü düzgün yazmamışam.

Xəyanətlə rastlaşma ehtimalını minimuma endirmək istəyirsinizə, çalışın tələsik ailə həyatı qurmayın, “səni sevirəm”, “dərdindən ölürəm” demədən onu yaxşı tanıyın, bir də çalışın bol-bol sevgili qalın.

© Murad Məmmədov (facebookda izlə)

 

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma