Bu günlərdə bir layihədə iştirak edirəm, layihənin ilk günü iştirakçıların bir-biri ilə tanışlıq mərasimi idi. Tanışlıq mərasimində xanım iştirakçılardan birinin dedikləri diqqətimi çəkdi.
Tanışlıq əsnasında öyrəndim ki, bu xanımın ən böyük xəyalı Türkiyəyə getməkdir.
Hələ uşaq olanda xristian dini haqda bəhs edən oxuduğum kitabda yazılmışdı ki, bilmirəm hansı əsrdə və dövrdə insanlar Allaha çatmaq üçün hündür mərtəbəli bir qullə tikirlərmiş. Bir gün tanrı insanların ona çatmaq arzusuna, xəyalına qəzəblənir və insanlara müxtəlf dillər göndərir. Yəni rəvayətə görə o qülləni tikən şəxslər bir anın içində müxtəlif dillərdə danışmağa başlayırlar. Kimisi Türk, kimisi rus, ərəb, ingilis və.s. Və tanrı bu üsul ilə o insanların fərqli dillərdə danışıb bir-birilərini anlamadıqları üçün tikilinin yarıda qalmasına nail olur.
İndi bu kitab yalan yazır, doğru yazır babalı özlərinin və dinlərinin boynuna. Mənim işim bu günkü gənclərlədir. Özüm də daxil olmaqla hörmətli və ölkəmizin gələcəyi olan gənclərimiz: Bu gün Türkiyəyə getmək özünü öldürsə 90 manatdır. Bu gün sevdiyiniz əcnəbi dili öyrənməyinizin müddəti intensiv məşğul olsanız maksimum bir ildir. Bu gün filmlərdəki kimi yağışın altında qaçmağın, rəqs etməyin bədəli maksimum bir həftə burnunuzun axmağı və 38-39 dərəcə qızdırmalı olmaqdır.
Gəncsiniz, gözəlsiniz, potensiallısınız, etməyin belə. Bu gün sadaladığım bənzər arzularınız, xəyallarınız varsa dərhal reallaşdırmağa başlayın. Hələ illər öncə camahat Allaha çatmağı xəyal edirdi, indi 2017-ci ildi daha böyük xəyallar qurmaq əvəzinə, durub daha kiçik xəyallar üzərində tərəddüd edirsiniz.
Əmin olun! Siz istədikdən sonra gerçəkləşməyən xəyal ola bilməz. Bunun üçün sadəcə cəhd edin və bunu edəcəyinizə davamlı olaraq inanın. Sabahın olacağına nəinki heç bir bank, hətta ən güvəndiyiniz valideynləriniz belə qaranti verə bilməz. Axı niyə qəlbinizdə reallaşması tamami ilə mümkün olan kiçik xəyallarla öləsiniz ? Bu sizə lazımdır ? Heç mənə də lazım deyil. Mən lazımdır ki, bu gün arzularını reallaşdırmağın sevincindən gözlərindən xoşbəxtlik yağan gənclik görüm. Are you ready ?!
© Murad Məmmədov (facebookda izlə)