Kim deyir ki həyat darıxdırıcıdır və xoşbəxt olmaq, həyatdan həzz almaq çətindir ? Bu tamami ilə yanlış düşüncədir. Sadəcə bir çox insan darıxdırıcı həyat tərzi keçirir və düşünür ki, darıxdırıcı olan həyatdır. Bu yazıda sizə həyatdan həzz almaq üçün həm özüm sınaqdan keçirdiyim həm də əcnəbi saytda rastlaşdığım üsulları birəşdirərək 26 üsul təklif edirəm.
1) Dan yeri sökülməmiş oyanın və günəş doğuşunu seyr etməkdən həzz alın. Bu sizin əhvalinizin yüksəlməsinin və gün ərzində enerjili olmağınızın qarantisidir.
2) Nəsə şirin birşey hazırlayın. Piroq bişirin. Şokoladlı, quru meyvəli və.s konfetlər hazırlayın. Hər nə hazırlamağınızdan aslı olmadan, bu məşğuliyyət sizi standart gündəlik işlərdən alıb, başqa aləmə aparacaq, nəticəsi isə əhvalınızın yüksəlməsi olacaq. Həmçinin siz, hazırladığınız şirniyyatla hər hansısa bir yaxınınızın evinə qonaq gedə bilərsiniz.
3) Ev heyvanı saxlayın.
4) Çoxdandır məşğul olmaq istəmədiyiniz hər şeyi atın. Bu zərərli vərdişlər, xoşlamadığınız insanlar, darixdirici serial və ya kitab ola bilər. Özünüzü lazımsız şeylərlə yükləməyin.
5) Ehtiyacı olanlara köməyinizi təklif edin.
6) Arzularınızdan ibarət löhvə yaradın. Flipçart və ya böyük bir ağ vərəq üzərinə yazın və yanına əldə etmək istədiyiniz şeyin şəkilini yapışdrın. Bu həm mənəvi həm də fiziki arzular ola bilər. Siz daima sizi xoşbəxt edəcək amillərin şəkilinə baxmalızınız.
7) Fotosessiya etdirirn.
8) Organizmanız üçün təmizlənmə, boşalma günü təşkil edin (az, yüngül, tərəvəz və meyvələr yeyilən bir gün).
9) Dostunuz və ya rəfiqəniz məşğul olduğu bir gün onun körpəs ilə vaxt keçirin.
10) Quşlar üçün yem qabı düzəldin, pəncərənizin önünə asın və hər gün ora yem tökməyi unutmayın.
11) Otağınızda, hətta bütün evdə dəyişiklik edin. Adicə evin interiyerini dəyişmək sizin həyatınıza yeni hisslər gətirməyə qadirdir. İstisna deyil ki, bu xoşbəxtlik hissi ola bilər.
12) Dostlarınızla birlikdə mövsümə uyğun pikniklər təşkil edin.
13) Saç düzümünüzü dəyişin.
14) Özünüzü qayğısız uşaq kimi hiss edin: Cizgi filmi qoşun, pejamalarınızı və ya hər hansısa bir əlvan geyiminizi geyinin, şirniyyatla çay için.
15) İdman oyunu izləməyə gedin. Fovorit komandanızı izləyərək nə qədər istəsəniz qışqıra bilərsiniz. Bu qışqırıqlar sayəsində siz bütün mənfi emosiyaları ağlınızdan ata bilərsiniz.
16) Gül əkin və hər gün onun böyüməyini seyr edin.
17) Həftə sonları gəzməyə gedin.
18) Hər hansısa bir komediya seyr edin, stand up çıxışları və ya ümumyyətlə hər hansısa bir yumorstik verlişə baxın. Öz əhvalınızı yüksəldin.
19) Əgər belə bir qorxunuz yoxdursa, hündür bir binanın və ya məkanın üzərinə çıxın, orada sevdiyiniz musiqini dinləyib şəhəri seyr edin..
20) İmkan daxilində ayda ən azı 3-4 dəfə sekslə məşğul olun.
21) Sevdiyiniz hobbilərinizlə məşğul olun. Trenajor zalına gedin, rəqsə, üzgüçülük hovuzuna və sairə. Bir sözlə, haradakı özünüzü məmnun və rahat hiss edəcəksinizsə, ora gedin.
22) Tez-tez piyada gəzintilər təşkil edin. Təmiz havada nəfəs alın və xəyal qurun.
23) Qorxularınızla mübarizə üsulları axtarın. Bu müxtəlif üsullar ola bilər, əsas odur ki, sizin ürəyinizi narahatçılığa salan məsələlərin üzərinə gedərək onları aradan qaldırın.
24) Kinoya, konsertə və ya teatra gedin.
25) Konki və ya roller sürün. Xizək üzərində sürüşün.
26) Tez-tez özünüzü xoşbəxt hiss etdiyiniz zamanları xatırlayın.
© Murad Məmmədov (facebookda izlə)