Mən çox üzülərək bildirmək istəyirəm ki, bu gün bizim cəmiyyətdə müsbətə doğru dəyişən bütün amillər və məsələlər, valideynlərimizin yəni Azərbaycanlı ailələrin sayəsindən daha çox, sosial şəbəkələrin sayəsindədir.
Şəxsən hansı gənclə cəmiyyətdə olan hər hansısa bir problem barədə müzakirə aparıramsa, “hə, o gün facebookda bir videoda gördüm” kimi bənzər cümlələr qururlar. Bu gün valideynlər dəyişməyib, bu gün hökümətimiz dəyişməyib, dəyişən internetin inkişaf etməsi, internet əlçatımlığının artması, informasiya axınının güclənməsi sayəsidndə insanlar tərəfindən yeni mədəniyyətlərin, etik qaydaların və digər anlayışların daha sürətlə mənimsəməsindədir.
Bu gün evdə ailəsinin basqısı altında oturan Gülxanım xanım amerikada hansısa ixtira edən gəncin videosunu izləyir və görür ki, bu gün onun bayıra çıxması üçün ailəsindən icazə ala bilməməsi ilə, izlədiyi videodakı görüntülər heç uzlaşmır. Bu gün özündən başqa heç kəsi bəyənməyən Mirzəbəy görür ki, avropalı insanlar necə sevgini, dostluğu, yoldaşlığı təbliğ edirlər, və başlayır özünə əl gəzdirməyə.
Sizə çox yaxşı xəbərim var. Bu gün mövcud olan demək olar bir çox problemlər həll olunacaq. Bunun üçün nə valideynlərimizin nə də hökümətimizin nəsə etməsinə belə gərək qalmayacaq. Gəncliyimiz internet vasitəsi ilə o qədər mariflənəcək ki, artıq hər şey öz yoluna düşəcək. Əlillik problemləri də aradan qalxacaq, gender bərabrliyi də həll olunacaq. Seksual orientasiya məsələləri də düzələcək. Əmin olun bu internet ki var, hər şeyi özü qaydasına salacaq. Sadəcə bir az uzun illər keçməsi laızmdır bunun üçün. Cəhnnəm nəvələrimiz zadımız kef edərlər.
Sonda isə sizdən xahiş edirəm. Facebook bizim “anamızdır” gəlin onu qoruyaq, mümkün qədər bu facebook və digər sosial şəbəkələrdən mariflənmək və başqalarını da marifləndirmək üçün istifadə edək. Bu üsulla biz cəmiyyətdə mövcud olan sosial problemlərin həlli üçün töhvə vermiş olarıq.
© Murad Məmmədov (facebookda izlə)