Salamlar. Mənim bu məqaləmə görə məni edam etməyə hazır vəziyyətə gəlməmişdən öncə sizdən xahiş edirəm, bu aqressiyanızı bir neçə dəqiqəlik kənara atıb sağlam beyinlə düşünün.
Əvvəlcə sizin diqqətinizə “Halal” anlayışının nə olduğunu çatdırmaq istəyirəm. “Halal” sözü ərəb dilindən hərfi tərcümədə “Allahın razılığı ilə” mənasına gəlir. Və bu ümumi bütün məsələlərə aiddir. Sırf halal ətə gəldikdə, ətin halal olması üçün aşağıdakı qaydalara riayət olunmalıdır:
- Heyvanı kəsən qəssab xüsusi duanı (Bismillahir rəhmanir rəhim) səsləndirməlidir.
- Kəsilən heyvan kəsilməmişdən öncə ölü olmamalıdır.
- Kəsilən heyvan digər heyvanların necə kəsildiyini görməməlidir.
- Heyvanı kəsən bıçaq olduqca iti olmalıdır ki, heyvanı dərhal və rahat kəsə bilsin.
- Kəsilən heyvanın ətinə donuz əti qatılmamalıdır.
İndi isə sizə bir neçə sualım var:
Bəlkə üzərində “halal dönər” yazılan dönərxanadan aldığınız dönərin içindəki ətin məxsus olduğu heyvan kəsiləndə gözləri bağlanmamışdı. Bəlkə iti bıçaqla kəsiləmişdi. Bəlkə üzərində “halal” loqosu olan yediyiniz sosikanı kəsən adam atesist idi. Bütün bunların baş verməməsinə necə əmin olursunuz? Sizə ət məhsullarını təqdim edən şirkətlər sizə bütün bunları necə sübut edir ?
Aha diyəsən tapdım. Sizə satdığı məhsulun üzərinə “Halal” loqosu vurmaqla. Və siz düşünürsünüz ki, məhsulunu aldığınız bu şirkətin məhsulunun üzərində halal loqusu varsa, deməli o bu loqonu yapışdırmağa hüququ çatan sertifikatı alıb və bu sertifikatı aldığı qurum bu “halallığa” cavabdehdir.
Amma çox xahiş edirəm gəlin yığışdıraq bu uşaq baxçasına məxsus düşüncələri. Biz deputatının bir milyon dollara təyin edildiyi, evdən təhsil naziri çıxan şəxsin evinə vergilər naziri olaraq qayıdan ölkədə yaşayırıq. Kimdir axı bu halallıq söhbətinə həqiqi nəzarət edən. Məhləmizdəki tofiq dayı dünən açdığı dönərxananın üzərinə printerdən 20 qəpiyə çap etdirdiyi halal loqosunu yapışdırır. Az qalıb satılan donuz ətini də sizə “halal” adı ilə soxuşdursunlar, sizdə deyirsiniz bağ belə bostan belə.
Bu məqaləni yazmağıma səbəb olan, o gün avtomobildə gedərkən reklam tablosunda gördüyüm KFC restoranının reklammının üzərində halal loqosu oldu. KFC a kişi! Banisi Harland David Sanders olan amerikaya məxsus restoranlar şəbəkəsi. Yox e, bəlkə KFC nin qəssab vakansiyası elanı zamanı “müsəlman olsun” cümləsini görmüsünüz xəbərim yoxdur? Belə bir hal varsa deyin bir üzr istəyim, xəbərim olmayıb deyim.
Əslində kim nə loqo yapışdırır öz işidir, icazə verirlər edir. Mənim işim bu məqaləni oxuyanlarla və cəmiyyətimizlədir. İcazə verməyin hansısa şirkətlər sizi axmaq yerinə qoysun, batil inanclar üzərində öz marketinq oyunlarını qursunlar. Təlabat olmayan yerdə istehsalat da olmaz. Xurafatdan və fərziyələrdən qaçın, realist olsun!
© Murad Məmmədov (facebookda izlə)