Yeni ili maraqlı keçirmək üçün 10 təklif

Bilirəm ki, bir çox şəxs yeni ili daha da maraqlı keçirmək üçün artıq indidən nə edəcəyini düşünür. İşinizi asanlaşdırmaq üçün sizə bəzi üsulları təklif edirəm.

1.  Yeni ili tam fərqli heç bir zaman keçirmədiyiniz kimi keçirməyin ilk üsulu,  sevdiyiniz və ya sizə maraqlı gələn ölkələrin yeni ili hansı ardıcıllıqla qeyd etmələrini internet vasitəsilə araşdırmaqdır. Əgər siz İtaliyanı, Hollandiyanı, Yaponiyanı, Amerikanı və ya hər hansısa başqa bir ölkəni sevirsinizsə, niyə görə də yeni il günü yeməkdən tutmuş evin bəzədilməsinə kimi həmən ölkənin üslubundan istifadə etməyəsiniz ?

2. Ən yaxın dostlarınıza şəxsi açıqça yazaraq yeni ili birlikdə qeyd etməyə dəvət edin. Dostlarınızla birlikdə səhərə qədər maraqlı kinolar izləyə müxtəlif oyunlar və müsabiqələr keçirərək yeni ili əylənərək qarşılaya bilərsiniz.

3. Yeni ili ictimai nətliyyatda keçirməyə cəhd edi, məsələn metroda və ya avtobusda. Özünüzlə şampan, plastmast stəkanlar, kiçik bir şam ağacı və mandarin götürün. Ardınca mərkəz meydana gedin və tanımadığınız insanların ətrafında əylənin, bayram edin.

4. Bir neçə dostunuzla meşəyə gedin. Orada həqiqi şam ağacı bəzəiyin, şampan için, kabab bişirin və ürəyinizdə arzu tutun.

5. Şaxta baba, qarqız və ya başqa bir personaj libasında geyinin. Çıxın küçəyə gəzib əylənərək insanları təbrik edin.

6. Əlinizdə şampan evin damına çıxın və yeni ilin gəlişini qeyd edərək yeni il üçün olan arzularınızı məqsədlərinizi bütün şəhərə qışqırın!

7. Özünüz də qoşulmaq şərti ilə, ətrafınızdakı insanlardan pul toplayın, hədyyələr alın, körpələr və ya qocalar evinə gedin. Yeni ilin gəlişini insanları sevindirərək əvəzsiz mənəvi rahatlıq içində keçirin.

8. Tanımadığınız insanların qapısını döyün, deyin sizin heç kiminiz yoxdur və yen il gecəsini onlarla keçirmək istəyirsiniz. Risklidir, lakin kifaət qədər adrenalinlidir.

9. Çoxlu kiçik suvenirlər və ya şokoladlar toplayın, küçəyə çıxın və yoldan keçən insanlara paylayın. Əminəm ki, yeni ildə sizin özünüzü də çox sayda süprizlər gözləycək.

10. Xoş arzularla dolu təbrk məktubları yazın və qonşularınızın ünvanlarına göndərin.

Tərcümə: Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma