2017-də həyatımda baş verən hadisələr rəqəmlərlə

Bu yazıda 2017-ci il ərzində şəxsi həyatımda baş verən yadımda  qalan hadisələri rəqəmlərlə statistik məlumat formatında sizinlə bölüşürəm. Qeyd edim ki, bəzi rəqəmlər təxmini bəziləri isə dəqiqdir.

  • Təxminən 12.000 manat pul qazandım, elə demək olar o qədər də xərclədim. Bu pulların təxminən 7000 manatını artıq bir neçə gündür çıxdığım bankdan yəni işdən qazanmışam. 4000 manatını bankdan əlavə gördüyüm digər işlərdən (iştirak etdiyim layihələrdən, yazdığım kitabın satışından və.s) digər 1000 manat isə 2016-ci ildən qalmışdı :D.
  • 365 günün təxminən 10 gününü ailəmin yanında qaldım, qalan 355 gün isə, kirayədə, dostum gildə, və tədbirlər səbəbi ilə müxtəlif otellərdə və qaxdakı istirahət mərkəzində.
  • Təxminən 100 litr spirtli içki qəbul etmişəm. Bunun böyük bir hissəsini Şərab, ikinci yerdə pivə, üçüncü yerdə isə spirtli kokteyllər dayanır.
  • Artıq bir neçə gündür ayrıldığım Bank of Bakuda çalışdğım məlumat mərkəzində 2017-cı il ərzində təxminən 13.000 müştəri ilə telefonla danışmışam.
  •  4 qadınla sekslə məşğul olmuşam, onun 3 ilə ilk görüşdə 1 ilə isə bir ay sonraş Bu şəxslərin heç biri seks bizneslə məşğul olan şəxs olmayıb. Sayın az olmasının səbəbi, ilin əvvəlində hazırki sevgilimlə tanış olmağımdır.
  • Bankda işlədiyim üçün təlimçilik fəaliyyətim ötən il zəif olub. Belə ki, il ərzində cəmi 15-ə yaxın çıxışım olub, bu çıxışlarımı dinləyən dinləyici sayı toplamda təxminən  300 nəfər təşkil edir.
  • İlin ortasından avtomobil almışam və bu günə qədər olan ay ərzində 4500 km yol qət etmişəm
  • Facebookda dostluq listimə təxminən 1000  yeni şəxs əlavə olunub. Bu 2015-ci ildən təxminən 2 dəfə azdı. Çünkü iki il öncə bu rəqəm 2000 idi.
  • Yenə də bankda işlədiyim üçün (yəni az zaman ayrıa bilmişəm)  www.mammadovmurad.com bloquma il ərzində cəmi 19.007 dəfə daxil olunub bunun 12.937 nəfəri ayrı-ayrı şəxslərdir. Və bloqumda 55 bloq yazısı yazmışam.

© Murad Məmmədov (facebookda izlə)

One thought on “2017-də həyatımda baş verən hadisələr rəqəmlərlə”

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma