Əlilliyi olan şəxslərə hansı sözləri demək olmaz ? – Siyahı

2011-ci ildən yəni 8 ilə yaxındır əlillik sahəsində çalışıram. Və əgər bilik və bacarıqlarımı real qiymətləndirməkdən çəkinməsəm, bu sahədə ekspert, yəni mütəxəsis olduğumu söyləyə bilərəm. Son zamanlar, əlilliyi olan şəxslərin cəmiyyətin bərabər hüquqlu üzvü olması mövzusu qabardıqca paralelində əlilliklə bağlı bütün məsələlər də gündəmə gəlir. Bir çox insan əlilliyi olan şəxslər haqda bəhs edərkən və ya birbaşa olaraq onların özləri ilə ünsiyyətdə olarkən ifadələri, terminləri seçməkdə çətinlik çəkir. İstifadəsi məsləhət görülməyən və istifadəsi məsləhət görülən ifadələrin siyahısına keçməmişdən əvvəl əlilliyin nə olduğunu qısa olaraq qeyd edim ki, bəhs etdiyimiz məhfumun nə olması barədə ümumi məlumata sahib olasınız.

Əslində əlillik deyilən birşey yoxdur. Bəli, bu sizə hər nə qədər təəccüblü gəlsə də ,bu belədir. Əslində əlillik dediyimiz anlayış, hər kəsin sahib olduğu bir insan müxtəlifliyi və fərqliliyidir. Yəni əlilliyi olmayan iki insanı da yanbayan qoysanız və müqayisə etsəniz, görərsiniz ki, fərqli və müxtəlifdirlər. Birinin göz rəngi, digərinin saç rəngi, boy, dəri rəngi fərqi və sairə. Əlillik hesab etdiyimiz hal da bu fərqliliklərdən sadəcə biridir. Yəni birinin boyu uzun olanda digərininki qısadır, birinin iki ayağı olanda, digərinin bir ayağı var, birinin gözü görəndə başqasının gözü görmür və ya zəif görür. Kimisi ayaqları üzərində, kimisi isə əlil arabasında hərəkət edir. Bəs əlillik nə zaman yaranır və nəyə görə kimi isə bu ifadə ilə adlandırırıq ?

Əlillik anlayışı kimsə nəyisə edə bilməyəndə yaranır. Məsələn, əgər kiminsə boyu balacadırsa və olduğu məkanın işıq yandıran qurğusu onun əli çatmayan hündürlükdə, yəni boyu çatmayan bir yüksəklikdədirsə, bu zaman o şəxsin əlilliyi yaranır. Və ya kimsə eşitmə məhdudiyyətlidirsə və izlədiyi filmdə işarət dili ilə, yəni jest dili ilə tərcümə yoxdursa, bu zaman o şəxs o filmi anlamır və onun əlilliyi yaranır. Yəni əlillik kiminsə nəyisə edə bilməməsidir. Ola bilər, siz düşünürsünüz ki, sizin heç bir fiziki və ya mental fərqliliyiniz olmadığı üçün əlilliyiniz yoxdur. Lakin siz Yaponiya və ya Çinə gedəndə oradakı hərfləri anlamadığınız və oxuya bilmədiyiniz üçün sizin də əlilliyiniz yaranacaq.

Əlilliyi olan şəxslər barədə danışan zaman məsləhət görülən və məsləhət görülməyən ifadələrin siyahısı:

  • Məsləhət görülmür: Xəstə, şikəst, çolaq, fiziki qüsurlu, əlil – Məsləhət görülür: Əlilliyi olan şəxs
  • Məsləhət görülmür: Kor – Məsləhət görülür: Görmə məhdudiyyətli
  • Məsləhət görülmür: Kar – Məsləhət görülür: Eşitmə və ya duyma məhdudiyyətli
  • Məsləhət görülmür: Lal – Məsləhət görülür: Nitq məhdudiyyətli
  • Məsləhət görülmür: Monqol, başdan xarab, daun, daundan əziyyət çəkən, daun qurbanı – Məsləhət görülür: Daun sindromlu şəxs
  • Məsləhət görülmür: Havalı, başdan xarab, əqli qüsurlu,  autizmdən əziyyət çəkən. – Məsləhət görülür: Autizm sindromlu şəxs
  • Məsləhət görülmür: Tutmaları olan, epilepsik – Məsləhət görülür: Epilepsiyası olan şəxs
  • Məsləhət görülmür: Dəli, başdan xarab, əqli qüsurlu – Məsləhət görülür: Əqli inkişafdan geri qalan şəxs, əqli inkişafında ləngimələr olan şəxs, fərqli əqli inkişafa sahib şəxs.

Yaddan çıxarmaq lazım deyil ki, konkret olaraq hər hansısa bir kateqoriyaya ayırmadan sırf əlillikdən bəhs etdikdə, çəkinmədən rahatlıqla “Əlilliyi olan şəxs” ifadəsini istifadə etmək olar. Çünki bu cümlə həm neytraldır, həm də BMT-nin əlilliyi olan şəxslərin hüquqlarına dair benyəlxalq konvensiyasında yer alıb.

Qeyd: Yuxarıda qeyd etdiyim siyahıda bəzi əksiklər ola bilər. Lakin bu məqalə  daim yenilənəcək və məqsədə uyğun ifadələr burada yer alacaq.

© Murad Məmmədov (facebookda izlə)

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma