Ötən günlərdə axşam saatlarında başıma gələn bir hadisə kimin vicdanlı, kimin vicdansız olmağı barədə düşünməyimə səbəb oldu.
Təxminən bir ay öncə dostumu evə ötürüb geri qayıdan zaman adiyyatı qurumların uzaq görən yaxın vuran siyasəti nəticəsində, yola asfalt çəkilməsi üçün qazılıb günlərlə o formada qalan yolun işıqlandırmasının olmadığı üçün şəxsi avtomobilim ilə yol gedərkən qazılıb və göbələk kimi ortada qalmış kanalizasiya qapağına tuş gəldim və avomobilin təkəri partladı.
Bəxtimdən nə zaman xoşagəlməz hadisə ilə rastlaşsam çox asan öhdəsindən gəlirəm. Bu səfər də elə avtomobilin təkəri partlayandan sonra avtomobili saxladığım yerin düz yanında təkər təmiri vardı. Təmirxananın ustasına yaxınlaşdım, göz gəzdirib qiymətləndirdikdən sonra bildirdi ki, yeni təkər alınmalıdır, yamamaq məsləhət deyil. Usta sağ olsun taksi tapdı, gəldi dedi ki, gəl gedək, bir iki təkər yerinə baxaq. Axşam saatları olduğu üçün heç bir mağazadan avtomobilin ölçüsünə uyğun təkər tapa bilmədik, qayıtdıq ustanın təmirxanasına. Çatanda taksi sürücüsündən soruşdum ki, borcumuz nə qədərdir ? Sürücü heç 1 kilo metr getmədiyimiz yol üçün məndən 4 manat istədi. Hansı ki, bu pula mən taksi şirkətindən taksi sifarişi ilə “Torgovıy”dan Əhmədliyə gedirəm. Lakin əvvəlcədən qiymət danışmadığım üçün və üzərimdə ən xırda pulun 20 azn olduğu üçün verdim 4 manat çıxdı.
Yeni təkər tapa bilmədiyimiz üçün usta dedi bu günlük məcbur yamayaq, sabah axtararsan yenisini. Razılaşıb qiymətin soruşdum, normalda 10 manata edirəm, sən nə verərsən-verərsən dedi. Yamadı işini bitirdi, çıxarıb 10 manat verdim. Bu çoxdu dedi, 7 manat çıxıb 3 manat qaytardı.
Vicdan – Mənəvi öhdəlikləri müstəqil şəkildə formalaşdıran, özünü idarə etməni və etdiyi hərəkətləri qiymətləndirmə qabiliyyətidir. Biz buna həyata keçirilən hərəkətlərin və davranışların əxlaqi əhəmiyyətini ağıl və duyğular ilə təhlil etmə bacarığı da deyə bilərik.
İnsanlar qəribədir!Pis bir iş görmək istədikdə əvvəlcə mütləq vicdanlarını susduracaq bir səbəb tapırlar – (Xalid Ziya Uşaqlıgil:Türk ədibi və yazıçısı)
Çalışın etdiyiniz hərəkət və davranışları qiymətləndirməyi bacarın. VİCDANINIZ OLSUN!
© Murad Məmmədov (facebookda izlə)