Evimizdəki pişiyin seks həyatı (Fərqli motivasiya)

Təxminən 7 aydır müvəqqəti olaraq ən yaxın dostlarımdan biri gildə qalıram . Onun da bir pişiyi var, adı “Olver”dir. Bu pişik digərlərindən bir az fərqlənir, öyrəşmişik ki, pişik sığal sevər, tumar sevər. Bunu bir az sığallayan kimi başlayır adamın əlinə hücum etməyə, cırmaq atmağa. Həmçinin özündən başqa bir pişik görən kimi, gizlənməyə siçan deşiyi axtarır. Yəni olduqca qorxaq bir pişikdi. Dostumdan soruşurdum ki, niyə Olveri çölə çıxarmırsan, axı yazıqdı, bayırda gəzməlidi. Dostum deyrdi ki, bir neçə dəfə çölə çıxarmağa cəhd etmişəm, lakin çölə çıxan kimi qorxudan çıxırmağa səs küy salmağa başlayır və digər insanalrı narahat edir bu səslərlə. Ona görə də çölə çıxara bilmirəm və özü də istəmir. Bu arada Olver erkəkdir. Aylar keçdi və olver böyüdü, cütləşmək vaxtı yetişdi.

İlk növbədə evdə mələyərək baş beynimizi xərəb etməyə başladı. Qapını da açıb buraxdıqda qorxaq olduğu üçün bayıra çıxmırdı. Yalandan bloka çıxıb yenidən geri gəlirdi. Lakin zaman keçdikcə onun seksual istəkləri daha da şiddətlənirdi. Nə yalan deyim az qala qorxmağa başlamışdım ki, gecə bunun beyninə cütləşmək düşsə, mənə də hücum çəkə bilər. Ağlımıza gələn alternativ çıxış yollarından biri də o idi ki,  bir çox köhnə fikirli tipik Azərbaycanlı ailəsinin övladına qarşı davrandığı kimi, biz də öz bildiyimiz bir pişi gətirək ataq bunun yanına “zad eləsinlər” birlikdə. Lakin bu fikiri qətiləşdirə bilməmişdik, yenə də özünün cəsarət edəcəyinə ümid edirdik.

Və həqiqətən elə bir gün yetişdi ki, Olver cütləşməyi elə çox istədi ki, artıq gözünə heç bir qorxu görsənmədi. Təsəvvür edin aylarla evdn çölə çıxmayan, başqa bir pişik görən kimi tir-tir əsən bir  pişik, çölə çıxdı və özünə partnyor tapıb onunla sevişdi. Həmən gün dostumla mən çox sevincli idik. Hətta zarafata salaraq bayırda kefedə oturduğumuz günlərədn birində bunun şərəfinə qədəh də qaldırdıq. Bəli, Olver artıq “kişi” olmuşdu və o bu cəsarəti özündə hədsiz və sərhədsiz istəyi sayəsində tapmışdı.

Rusların bir filmi var, “Легенда № 17″ adlanır, baxmağı tövsyyə edirəm. Filmin əvvəllərində möhtəşəm bir ifadə işlədilir, bir orta yaşlı bəy az yaşlı bir uşağa deyir: “Nə zaman ki, ürəkdən istədiyin birşey olacaq, onda əsl gücünün şahidi olacaqsan”
Əgər gücsüz və zaif olduğunuzu düşünürsünüzsə, yanılırsınız. Əgər belə düşüncəniz varsa, deməli hələ də əsl sevdiyiniz birşeylə və ya bir kəs ilə rastlaşmamısınız. Bu isə bizə yaxşı bir ip ucu verir, deməli siz sevdiyiniz birşeyi daha intensiv şəkildə axtarmalısınız. Qucaqlayıram sizləri ♥

© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma