Passiv həyat tərzindən necə çıxmaq olar ? – Real nümunə

Salam dəyərli oxucular. Bu gün sizə passiv həyat tərzindən xilas olmağın ən real üsulu haqda bəhs edəcəm. Əgər hazırda yazacağım üsulu həyatınızda tətbiq etsəniz, həyatınızı təsəvvür edə bilməyəcəyiniz dərəcədə müsbətə doğru dəyişə bilərsiniz.

İlk növbədə tanış olun:

Fotoda gördüyünüz dünyanın ən tənbəl canlısı hesab edilən Bradypus adlı heyvandır. O demək olar bütün günününü yemək və yatmaqla keçirir. O qədər tənbəldir ki, əsasən ətrafında olan bitkilər və otlarla qidalanır. Gündəlik yatmaq vaxtı 15 – 18 saatdır.

Tanış olun, bu isə insandır:

Siz özünüz də insan olduğunz üçün sizə sizin haqda çox da məlumat verməyə ehtiyac duymuram. Lakin sizi əmin etmək istəyirəm ki, biz insanlar tənbəllikdə heç də Bradypus varlığından geri qalmırıq. Təbii ki, insan dünyanın ən möhtəşəm və güclü varlıığıdır, lakin eyni zamanda da tənbəlliyə meyilli olmağı da danılmazdır.

Məsələn götürək elə mənim özümü. Hər səhər yuxudan oyananda, deyirəm kaş o qədər varlı olardım ki, özümə bir neçə asistant tutardım, biri yeməyimi gətirərdi, digəri əynimi geyindirərdi. Başqa birisi ikinci kitabımı yazmağım üçün oturardı yanımda, mən diyərdim o isə klaviaturada çap edərdi. Başqa birisinə açarı verərdim düşərdi maşını işə salardı və sairə və sairə.

Gəlin etiraf edək ki, televizor üçün “pultu” (uzaqdan idarə etməni), internet üzərindən alış veriş etmək kimi ixtiraları insan rahatlığı üçün, dolayısı yol ilə isə desək, tənbəlliyindən edib. Əslində bunu kinayə ilə və ya qınayaraq demirəm, əgər şuurumuz varsa təbii ki, rahatlığımızı da düşünəcəyik. Mənim demək istədiyim tamamilə başqa şeydi.

Rəhmətlik nənəmin biədəb bir məsəli varıydı. Deyirdi ölünü başlı başına buraxsan ***ıb kəfəni bulayar. Mən isə deyirəm ki, insan özü-özünü nəyəsə məcbur etməsə, elə ancaq tənbəllik və rahatlıq istəyər. Buna görə də insann özünü nəsə etməyə məcbur etməsi mütləqdir!

Əgər siz hər hansısa bir səbəbdən passiv həyat tərzi keçirirsinizsə və bundan xilas olmaq istəyirsinizsə, sizi bu həyat tərzindən xilas edəcək şeyləri etməyə özünüzü məcbur etməlisiniz. Düşünməyin ki, hər zaman ilk növbədə düşüncə hərəkəti formalaşdırır. Xeyir, bu heç də hər zaman belə deyil, bəzən adi hərəkətlər hər hansısa bir düşüncəni yaradır və formalaşdırır. Məsələn dayanın güzgünün qabağında, gülməyiniz gəlmədiyi halda bir neçə saniyə ha ha ha deyərək yalandan qəh-qəhə çəkib gülün, görəcəksiniz ki, həqiqətən gülməyiniz gəlməyə başlayır. Və ya hansısa əyləncəlibir tədbirə getməyə heç bir həvəsiniz və ora gedəcəyiniz halda sizə yaxş olacaq bir düşüncəniz olmadığı halda o tədbirə gedin, getdkdən sonra özünüz fərqin varacaqsınız ki, orada olduğunuz müddətdə daxilinizdə belə bir düşüncə formaaşacaq: “Yaxşı ki, bura gəlmişəm, gərək tez-tez belə yerlərə gedim”

Yoldaşlar, mənim adım Murad Məmmədovdur! 28 ildir oksigen uduram, və bu 28 ildə elə bir həyat yaşamaqdayam ki, dediyim hər bir söz və cümlə real təcrübə deposudur. İnsanın özünü nəyəsə məcbur etdiyi halda baş verən möcüzələrin real şahidiyəm. Bilirəm beyninizdə belə bir sual dolaşmaqdadır: “Nə zamana qədər özümü məcbur edəcəm?”

Qorxmayın, özünüzü məcbur etmə çox qısa müddətlidir, məsələn mən “Bank of Baku” da işlədiyim zamanlarda (yaradıcıığıma daha çox vaxt ayırmaq üçün işdən öz istəyimlə çıxdım) səhərlər saat 7 – 8in yarısı durmağa məcbur idim. Amma bir neçə gün məcburi oyandıqdan sonra bu məcburiyyət vərdişə çevrildikdən sonra, hətta iş günləri olmayan şənbə və bazarda belə mən səhər tezdən oyanırdım, hansı ki adi halda həmən bu günləri ən azı günortaya qədər yatmaq istəyərdi normalda insan. Amma artıq o məcburiyyət mənim üçün vrdiş sayəsində adi hala çevrilmişdi və bu mənim üçün məcburiyyət yox, insan həyatının 95%ni təşkil edən vərdişlərdən sadəcə biri idi.

Mənim bir qız tanışım vardı, o çox passiv həyat təezi keçirirdi. Mən ona nə qədər məsləhət versəmdə, motivasiya verici söhbətlər etsəmdə, o xanım bu rejimdən çıxa bilmirdi. Bir gün mənim özümün də gözləmədiyim və bilərək etmədiyim birşey baş verdi. Belə ki, bir gün mən o xanım tanışıma dedim ki, səhər saat 9 da fotoqrafiya təlimi var, gəl ora gedək. Hansı ki, o xanım digər günlərdə günorta 1-2 də oyanırdı. Xanımın mənə simpatiyası olduğundan + xətrimi çox istədiyindən, mənə yox demədi və səhər tezdən mənlə görüşüb o təlimə getdi. Təlimdən sonra sağollaşdıq mən evə gəldim o isə harasa getdi. Sabahsı gün həmən xanım səhər tezdən mənə mesaj yazmışdı ki, dünən səhər tezdən oyanması və mənlə görüşməsi ona çox müsbət təsir bağışlayıb, təlimin ardınca o başqa səmərəli bir işin ardınca gedib və günün müsbət təsiri sabahsı gündə tezdən oyanmağına kömək olub. Bəli halbu ki, o xanım mənlə səhər tezdən keçirilən o mobil fotoqrafiya təliminə mənim məcbur etməyim və özünün də mənim dəvətimə özünü məcbut etməsi sayəsində gəlmişdi.

Yoldaşlar, əgər sizə xeyir gətirəcək və faydalı olacaq bir iş üçün özünüzü məcbur edə bilməsəniz belə, hətta bu işə yaxınlarınızı və tanışlarınızı cəlb edə bilərsiniz. Gördünüz alınmır mənə yazın, lazım gəlsə birgə çarə axtarıb taparıq!

Unutmayın, güclü o şəxslər deyil ki, yalnız istədiyi şeyləri edir. Güclü o kəslədir ki, lazım gələndə istəmədiyi şeyləri belə müvəqqəti də olsa edə bilir!

© Murad Məmmədov (facebookda izlə)

Foto həyat hekayəm əsasında qurulan “Bir günəş altındaadlı tamaşanın gənc tamaşaçılar teatrında nümayişi zamanı çəkilib.

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma