Səhər açılan kimi FACEBOOKA girməmək üçün 3 səbəb

Gəlin etiraf edək ki, bəlkə də bu yazını oxuyanların 90% səhər yuxudan oyanan kimi bəzən hətta yuxudan oyanmadan gözü yumulu şəkildə əlimiz yatağın üzərində gəzərək mobil telefonumuzu axtarır ki, girək mesencerlərdən gələn mesajlarımıza və sosial şəbəkələrdə olan bildirişlərimizə baxaq. Bu artıq milyonlarla insanın yemək və su içmək kimi “vacib” bir vərdişinə çevrilib.

Artıq uzun zamandır özümdə mmüşahidə etdiyim bir hal varıydı, ardınca internetdə də araşdırma etdikdən sonra qənaətə gəldim ki, ən yaxşısı səhər saatlarında yuxudan oyanan kimi, facebook və digər sosial şəbəkələrə girməməkdir və bunun üçün tutarlı səbəblərim var. Bilirəm bir çoxunuz indi düşünürsünüz ki, necə səhər açılan kimi mesencerlərə baxmaya bilərik ? bəlkə vacib bir mesaj var. Sizi əmin edirəm ki, vacib insanların vacib sözləri olanda onlar zəng edirlər və ya telefonun öz sms funksiyasından istifadə edirlər. Uzağı e-mail yazırlar. Mən ümumiyyətlə mesencerləri ciddi ünsiyət vasitəsi olaraq qəbul etmirəm. Əgər hansısa bir tanışım da mənə deyəndə ki, bəs mesaj yazmışdım sənə, vaxtında baxsaydın filan şey edərdik ya da filan şey olacaqdı, deyirəm belə vacib idi zəng edərdin.

Gəlin sizə səhər tezdən facebook və digər sosial şəbəkələrə girməyi məsləhət görməməyimin üç səbəbini söyləyim.

1 – Günün ən productiv saatları  06:00 – 12:00

Artıq illərdir alimlər qeyd edirlər ki, insan beyninin ən yaxşı işlədiyi və ona daha çox fayda gətirə biləcəyi saatlar səhər 06:00 dan günorta 12:00 dək hesab olunur. Beyin aktivliyinin ən pik saatları isə 09:00 dan 12:00 dək hesba olunur. Bunu  hətta araşdırma kompaniyası olan HeadHunter adlı kompaniya 6000 nəfər arasında apardığı araşdırmadan sonra da vurğulayıb. Və bu səbəbdən mən də sizə məsləhət görürəm ki, özünüzə və ətrafınıza ən çox töhvə verə biləcəyiniz saatları barmağınızla facebookprofilinizin xəbər lentini aşağı yuxarı tərpədərək və arada bir ekrana vuraraq keçirməyəsiniz. Ondansa gecə yatmazdan öncə sabah tməli olduğunuz ən vacib işlərin siyahısını hazırlayın və səhər yuxudan oyanan kimi o işlərin icrasına başlayın. Daha sonra isə günorta saatlarında öz sosial şəbəkə hesablarınızda rahat rahat dolaşarsınız.

2 – Timanın arvadı verir, Suğranın oğlu ölüb, sumqayıtda avtobus aşıb 5 nəfər ölüb…

Sosial şəbəkələrdə heç də hər zaman qarşımıza sevindirici və pozitiv xəbərlər çıxmır. Xəbərlərin içində kifayət qədər əhvalımızı korlayan, bizi qəzəbləndirən, bədbinləşdirən və passivləşdirən xəbərlər də kifayət qədərdir. Səhəri ardı-arda bir neçə pis xəbərlə başlayan insanın günortasını, axşamını və hətta qarşıdan gələn saatlarını təsəvüvr etmək çətin deyil. Bu da o deməkdir ki, yuxudan oyanan kimi pis xəbərlərlə gözümüzü açsaq, görülməli vacib olan işlərimizi görmək üçün entuaziazmımız yəni o işi görmə həvəsimiz öləcək görsək belə, günə pozitiv və yüksək əhvalda başlamağımızla müqayisədə effektivliyi az olacaq.

3 – Bayırda qəşəng hava var

İki səbəb neçə gündü beynimdə fırlanırdı və çox vacib idi, lakin başlq üçün ” 3 səbəb” daha cəlb edici səsləndiyi üçün üç səbəb yazmaq qərarına gəldim, lakin üçüncü səbəbi isə biz özümüz fikirləşməliyik. Məsələn mənim təklifim: Artıq aprel ayınn ortalarındayıq və artıq hər gün səhər hava günəşli olur, niyə də görə səhərlər çıxıb təmiz hava alaraq gəzişməyək ? Və hətta düşünə də bilərik inanın mənə, bu elə də çətin deyil, sadəcə özümüzü sərbəst buraxaq, problemləri kənara ataq və məhs onda əsl düşüncələr, faydalı düşüncələr gələcək ağlımıza. Biz nəyik, biz kimik, niyə gəldik, hər şey bir kənarara necə və niyə gəldiyimizi bilməsək belə, ağacdan və daş dirvardan fərqlənməyimiz üçün nə edək,  bunun üçün sadəcə nəfəsalmaq kifayət edirmi ?…

© Murad Məmmədov (facebookda izlə)

One thought on “Səhər açılan kimi FACEBOOKA girməmək üçün 3 səbəb”

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma