Sosial şəbəkələrin insanları kədərləndirən tərəfləri

Bir dəfə ən yaxın dostlarımdan biri demişdi ki, sosial şəbəkə hesablarına baxanda əsəbləşir, çünkü xəbər lentində gedən paylaşımların hamısında dostları əylənir. Hərəsi bir ölkədə, bahalı restoranlarda, gecə klublarında. Dostum etiraf etmişdi ki, ofisdə darıxdırıcı iş masasının arxasında oturub bu paylaşımlara baxanda depressiyaya düşür. Və hətta bu tip paylaşımları görməmək üçün facebook profilini zaman-zaman deaktiv edir.

Bu günlərdə isə mənə ən yaxın olan şəxslərdən biri də bənzər cümlə qurduğu üçün, bir motivator olaraq hərəkətə keçməyə məcbur oldum.

Yoldaşlar ilk növbədə sizə söyləmək istəyirəm ki, heç kəs ideal və problemsiz həyat yaşamır. Bəli bəzi şəxslərin qayğıları az ola bilər və onların çox zamanı əyləncəli keçə bilər, lakin bu o demk deyil ki, siz əyləndiyi yerdə bir iki ədəd foto paylaşdığı üçün kiminsə həyatını ideallaşdırmalı və uydurma bir personajla özünüzü müqayisə etməlisiniz. Məsələ burasındadır ki, sosial şəbəkə elə bir məkandır ki, bura daxil olanların əksəriyyəti gördüyü işləri işıqlandırmağa, əylənməyə və əyləndiyini nümayiş etdirməyə çalışırlar. Siz də elə bilirsiniz ki, problemi olan təkcə sizsiniz, digərləri isə bal-yağ içində yaşayırlar.

Mən başa düşürəm, evdə cırıq şəpitlərlə və dünəndən qalan dəmli çayı içərək, hansısa dostunuzun yeni açılmış bir kafedə şərab içməyini görmək heç də yaxşı mənzərə deyil, lakin gəlin etiraf edək ki, sizin də viski içdiyiniz zamanlar olub və hətta bunun şəkilini də çəkib paylaşmısınız. Yəni demək istəyirəm ki, heç kəs sosial şəbəkələrə necə çətin günlər yaşadığını, hansı problemlərin içində olduğunu çəkib paylaşmır, necə ki siz bunu etmirsiniz. Lakin heç kəs bunu etmirsə bu o demək deyil ki, onlarda hər zaman hər şey qaydasındadır.  Hansısa xanım baxır ki, rəfiqəsi sevgilisinin ona hədiyyə etdiyi gül buketini qucaqlayıb xoşbəxt halda gülümsəyərək foto çəkdirib paylaşır. Lakin bu fotonu görən xanım bilmir ki, rəfiqəsi bu gülləri almamışdan cəmi bir neçə gün öncə, öz sevgilisi ilə çox möhkəm dalaşmışdı və bir neçə gün bütün günü ağlayıb gəzmişdi, hətta onlar ayrılmaq dərəcəsinə çatmışdılar. Və oğlan indi, bu gülləri özünü bağışlatdırmaq üçün alıb. Çünkü rəfiqəsi bu hadisələri yaşayanda buna dair heç bir paylaşım etməmişdi.

Baxın uzağa  getməyib özümdən bir neçə nümunə çəkəcəm.

  • Aşağıda gördüyünüz facebookda paylaşdığım fotoda mən 2 ay öncə fevrel ayında Ukraynanın Kiyev şəhərində beynəlxalq bir konfransda iştirak etdiyim zaman çəkilib. Mən orada ukrayna televiziya kanallarına əlilliyi olan şəxslərin yaradıcılıqla məşğul olmalarının faydalarından və vacibliyinə dair müsahibə verirəm.

Lakin heç biriniz bilmirsiniz ki, bu fotodan bir neçə ay öncə, daha çox yaradıcılıqla məşğul olmaq üçün, işlədiyim bank of bakudan ayrıldıqdan sonra, ölkədə yaradıcılıqla hətta minimal xərcləri belə qarşılamaq çox çətin olduğu üçün mən hansı mübarizələr aparır və dirənişlər göstərirəm :)

  • Və ya aşağıda gördüyünüz 2017-ci ilin sentyabr ayı facebook paylaşımımda mən, aldığım şəxsi aftomobilim haqda gülməli paylaşım etməyə çalışıram.

Lakin əksəriyyətiniz bilmirsiniz ki, 2018-ci ilin aprel ayında yəni ötən ay. avtomobilim gözlənilmədən iki dəfə ardı-arda xarab oldu və onu təmir etdirmək üçün vəsait çatmaığına görə borca girdim və hazırda bir neçə yüz manat borcum var :) Təbii ki məsələ sırfmaddi problemlərdə deyil. Məsələn indi axtardım amma heyif tapmadım, bir foto var, o fotoda mən yenə xarici ölkdəyəm, spirtli içki içirəm və ətrafımda əcnəbi xanımlar əylənirəm. Lakin paralel olaraq həmən günlərdə Azərbaycanda münasibət qurmaq istədiyim xanım mənim bu təklifimə yox demişdi və buna görə o ərəfələrdə çox “lomkada” idim, lakin siz bunu bilmirdiniz :D

Mən bu məqaləni hazırda 1-may 2018 tarixində yazıram, 24 saat sonra isə Heydər Əliyev adına hava limanında olacam və Amerikaya uçmağa hazırlaşacam, bəli Amerika səfirliyinin dəstəyi ilə 10 günlük amerikaya, amerikanın əlillik siyasətini, əlillik sahəsində olan təcrübəsini öyrənməyə gedirəm. Təbii ki, orada əylənəcəm və yəqin ki bu haqda paylaşımlar edəcəm, video bloqlar çəkəcəm, çox sayda qayğılarımın olmasına rəğmən :))

Nə üçün əksər hallarda problemlrim haqda paylaşımlar etmirəm ?

Çünkü mən bütün günü deyinən və şikayətlənən adam deyiləm. Mən Murad Məmmədovam və mənim üçün hazırda mövcud olan problemlərim uşaq oyuncağıdır, az sayda yaxınlarım, inanılmaz mənəvi gücüm və istedadım sayəsində hamısının öhdəsindən gələcəm. Bu problemlər haqda paylaşmamağın mənə aid olan səəbidir, başqalarında başqa səbəb ola  bilər. Hər kəs bir səbəbdən bu haqda paylaşım etmir, siz isə elə bilirsiniz ki…

Özünüzü “İdeal” dostlarınızla müqayisə etməyin, özünüzü ideal özünüzlə müqayisə edin.

Əgər hazırda özünüzdə bəyənmədiyiniz xüsusiyyətləriniz varsa, ideal olsaydınız hansı formada və xüsusiyyətlərə sahib olardınız deyə düşünün və bu xüsusiyyətlərə sahib olmaq üçün işlər görməyə başlayın. Şişman olduğunuzu düşünürsünüz ? İdmana başlayın. Tənbəl olduğunuzu hesab edirsiniz ? daha çox iş görməyə can atın, lazım olan vərdişlərə yiyələnin. Həyat enişli yoxuşludur və bunun belə olması normaldır, öyrəşin buna. Unutmayın hər kəs öz həyatının memarıdır, istədiyi kimi dağıdar, istədiyi kimi tikər! Hər biriniz yoxdan var edən “TANRISINIZ”! Çünkü siz dünyaya gələndə heç kəs idiniz, heçnəyə sahib deyildiniz və heçnə bacarmırdınız. Zamanla kənar şəxslərin də köməkliyi ilə özünüz-özünüzü “var etmisiniz!” Və bu yaradılışı indi davam etmək vaxtıdır!

© Murad Məmmədov (facebookda izlə)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma