Video montaj dərsləri – Bir həftəyə pulsuz öyrən (Sony Vegas Pro 15)

Təxminən 5-6 ildir bloggerliklə məşğulam. Son zamanlar isə video bloggerliyə daha çox üstünlük verirəm. Bütün video bloqlarımı özüm montaj edirəm və montaj etməyi youtubedən rus dilində olan video dərsliklər vasitəsilə öyrənmişəm.

Bu günlərdə bu haqda düşündüyüm zaman, fərqinə vardım ki, youtubedə video montaja aid Azərbaycan dilində bir dənə də olsun videodərslik yoxdur. Özlüyümdə elə yenicə başlamışdım deyinməyə ki bəs, niyə görə xalxın uşağı kosmosa maşın göndərdiyi bir halda bizdə heç video montaja aid videodərslik yoxdur. sonra özüm-özümə dedim ki, sən də bütün günü ancaq tənqid edib özün birşey etməsən, bəzilərindən fərqin nə oldu. Və qərara gəldim ki, belə dərsliklər yaradıb sizlərlə pulsuz bölüşüm. Yeri gəlmişkən, ümuiyyətlə isə googledə video montaj dərsləri haqda axtarış verdikdə, bu tip kursların təxminən 200-250 azn arası olduğunu gördüm. Bu formatda ilk işim olduğu üçün, bəzi səhvlərim ola bilər, üzərimdə çalışıb daha yaxşı məhsullar təqdim edəcəyimə söz verirəm. Hər kəsə uğurlar.

Video montaj dərsləri – 1# Ümumi və əsas əməliyyatlar (Sony Vegas pro 15)

Video montaj dərsləri – 2# Ekran ölçüsü, animasiya (Sony Vegas pro 15)

Video montaj dərsləri – 3# video sürəti, keçidlər (Sony Vegas pro 15)

Video montaj dərsləri – 4# Səsin idarə olunması (Sony Vegas pro 15)

Video montaj dərsləri – 5# Faylları qruplaşdırmaq, blok etmək (Sony Vegas pro 15)

Video montaj dərsləri – 6# Mətn və titr əlavə etmək, (Sony Vegas pro 15)

Video montaj dərsləri – 7# Videolara kino effekti vermək (Sony Vegas pro 15)

© Murad Məmmədov (facebookda izlə)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma