Amerikaya niyə getmişdim və orada nələri öyrəndim ? + Fotolar

2-12  may 2018 tarixli amerika səfərimdən Bakıya qayıtdıqdan sonra, mənə ən çox ünvanlanan suallardan biri, Amerika səfərimin məqsədi və Amerika haqda nə düşündüyümdür.

İlk növbədə qeyd etmək istəyirm ki, Amerikaya, Amerikanın Azərbaycandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə, “Open World”  (açıq dünya) adlı proqram çərçivəsində getmişdim. Məqsəd 10 gün ərzində mədəniyyət mübadiləsi və eyni zamanda əlillik siyasətinin öyrənilməsi idi. Səfirlik mənim əlillik sahəsində olan aktiv ictimai fəaliyyətim sayəsində namizədliyimi təsdiqləmişdir. Proqram haqda daha ətraflı məlumatı proqramın rəsmi saytından: https://www.openworld.gov əldə edə bilərsiniz. Qeyd edim ki, səfər zamanı proqramda Azərbaycan heyəti olaraq 6 nəfərlə təmsil olunurduq.

Amerikada 2 gün oteldə qaldıqdan sonra 8 gün tamami ilə təmənnasız qonaqlayan Amerikalı ailənin evində qaldım və onların xoş, mehriban rəftarının təsuratından hələ də çıxmamışam. Aşağıda qaldığım ailə ilə çəkdirdiyim fotonu görə bilərsiniz.

 

Amerikada olduğum müddətcə, qeyri rəsmi, mədəni görüşlərlə yanaşı, təxminən 15-ə yaxın rəsmi görüşümüz baş tutdu. Görüşdüyümüz şəxslər  sırasında: Universitet, reabilitasiya mərkəzi, terapiya mərkəzi, restoran sahibi, dövlət qulluqçuları, peşə mərkəzləri və hətta kongres nümayəndəsi belə var idi. Bu şəxslərlə görüşlərin məqsədi, onların əlillik  sahəsində və əlilliyi olan şəxslərlə iş təcrübəsini bizimlə bölüşmələri, qısa desək nəyi necə etdiklərini bizimlə paylaşmaları və çalışdıqları qurumla bizi yaxından tanış etmələri idi. Görüşlər zamanı qeydə alınan bəzi fotolar aşağıdakılardır.

 

Amerika haqda təsuratlarıma gəldikdə. Səmimi oslaq gəlin etiraf edək ki, bir ölkədə 10 gün qalmaq nə ölkə nə də onun əhalisi haqda tam dolğun və ümumiləşdirilmiş qiymətləndirmək doğru və mümkün deyil. Buna görə mən sırf şahidi olduğum hadisələr və insanlar haqda fikirlərimi bildirəcəm, qeyd edəcəklərim bütün amerikaya və onun bütün əhalisinə şamil edilmir və edilməməlidir.

Amerikalılar…

Səfər zamanı ilk ünsiyyətdə olduğumuz şəxs, “Open World” proqramının Azərbaycan nümayəndəliyi üzrə koordinatoru Alexa King idi. Hesab edirəm ki, xanımın səmimiliyi, sadəliyi və köməksevərliyi, onu uzun illər unutdurmayacaq. Uşaqlıqdan indiyədək əksər illərimi ailəmdən aralıda keçirdiyim üçün, mənə tanımadığım insanlarla birgə yaşamaq problem deyil. Lakin etiraf edim ki, səfər öncəsi amerikada 8 günü Amerikalı ailədə keçirəcəyimi öyrəndikdə, bunun necə olacağı haqda cuzi də olsa narahatlıq keçirmişdim. Lakin Erickson ailəsində qaldığım ilk gündən, David bəy və Betty xanım, mənim özümü rahat hiss etməyim üçün əllərindən gələni edirdilər. Amerikadakı “Host Family” yəni qəbul edici ailəm barədə, onlar haqda hazırladığım video bloqda onların möhtəşəmliyi ilə daha yaxından tanış ola bilərsiniz. Təsəvvür edin 64 yaşlı David, hər gün səhər mən və mənlə birgə qalan digər həmyerlim üçün öz əlləri ilə səhər yeməyi hazırlayırdı. Bu çox gözəl qonaqpərvərlik nümunəsidir və mən bu təsuratların sehrini hələ də qoruyub saxlayıram. Həmçinin inanın səmimiyyətimə, az qala hər rastlaşdığım tanımadığım insanların mənə təbəssüm edib salam verməsi, amerikalılara yönəlik ümumiləşdirilmiş mənfi stereotiplərə inanmamağa vadar edir.

Macera dolu Amerika, Amerikaaa…

Amerikada 2 gün Washington D.C şəhərində, 8 gün isə Nevada ştatının Reno şəhərində qaldım. Şəhərləri dəyərləndirməyə getdiyim məqsəd üzrə başlasam, demək olar ki, hər iki şəhər sırf fiziki məhdudiyyəti şəxslər üçün tamamilə əlverişlidir. Fakt olaraq komanda üzvlərimizdən olan əlil arabası istifadəçi xanım, demək olar bir dəfə də kənar şəxsin köməyinə ehtiyac duymadı. Ən adi və brend olmayan restoranda belə əlilliyi olan şəxslərin hamam tualetdən istifadəsi üçün şərait yaradııb, bunu aşağıdakı fotodan da görə bilərsiniz. Demək olar ki, onlar fiziki əlilliklə bağlı bir çox problemi həll ediblər, indi qarşılarında mental, yəni əqli əlilliklə bağlı problemlər dayanır.

Ümumilikdə isə hər iki şəhər çox səliqəli, təmiz və baxımlı idi. Qiymətlərə gəldikdə, bu ölkədə ərzaq və digər məhsulların və xidmətlərin məbləğləri ştatlara görə dəyişir. Məsələn bir ştatda 8 dollara olan siqaret, digər ştatda 15 dollara ola bilər. Ümumiyyətlə Amerikada hər şey ştatlara görə dəyişir, hətta qanunlar belə. Məsələn mən oduğum Nevada ştatında casino oyunları, leqal idi, amma elə ştatlar var ki, orada qadağandır. Yeri gəlmişkən, casinoda əlim yaman gətirir :) Qiymətlərə dair onu da əlavə edə bilərəm ki, Amerikalı “ailəm” məni və digər həmyerlimizi burger yemək üçün restorana aparmışdı. Orada 4 nəfər idik, hərəyə 1 orta ölçülü burger, bir orta ölçülü fri kartoşka və coco-cola üçün 40 usd ödədilər. Bu da amerikada verilən maaş və ya təqaüd üçün kifayət qədər normal, çox olmayan bir məbləğ sayılır. Təxmini hesablasaq elə bizdə də 4 nəfərlik burger menyu 20-30 manata başa gəlir, bu da eyni məbləğə yaxın məbləğ edir. Amma ora Amerikadır… Düzdü 40 usd 40 manatdan bahadır, ama amerikada 40 usd elə 40 manat və hətta daha aşağı hesab ediləcək məbləğə bərabərdir.

Ümumilikdə Amerika səfəri mənə çox şey qazandırdı. Dünya görüşüm daha da artdı, dünyanın superdövlətinin əlillik siyasəti üzrə təcrübəsini qazandım. 10 günük ölkədəki qayğılardan uzaqlaşdım. Proqramda iştirakımı təsdiqləyən və namizədliyimə üstünlük verən Amerika səfirliyinə və 10 gün ərzində bizimlə amerikada olan səfirlik nümayəndəsi olan, qrup rəhbərimiz Kənan Mustafayevə təşəkkürümü bildirirəm. Və səfər haqda yayımladığım, yayımlayacağım videoları buradan izləyə bilərsiniz. 

© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma