Mağazadakı satıcı qız niyə adama nifrətlə baxır ?

Mağazadakı satıcı qız sənə üzündən zəhirmar axan nəzərlərlə baxır ? Ateisə zəng eliyəndə xalalar sənlə qeyri etik danışır ? – Mən bütün bunların səbəbini tapmışam :)

Bu ərəfələrdə restoranlardan birinin sahibi ilə görüşməli oldum. Belə alındı ki, məndən soruşdu restorana sosial mediada müştəri marağını artırmaq üçün nə etmək olar ? Dedim kontent menecerlik edə bilərəm. Razılaşdıq və əməkdaşlığımızı test etməyə başladıq. Bu yoldaşa dedim biz yeməklərin maraqlı, müxtəlif kompazisiyalarda fotolarını çəkməliyik. Birinci dedi onda mən gərək 2 qat bazarlıq edim, bu mənə sərf eləmir. Sonra dedi gəl kafedə otur müştəri yemək sifariş edəndə onu hazırlıyıb müştəriyə təqdim edənə qədər 2 daşın arasında şəklin çək. Dedim mümkün deyil belə şey, dedi onda internetdən götür :D

Növbəti dəfə dedim biz müştərilər üçün kompaniyalar etməliyik. Məsələn 1+1. müəyyən günlərdə və ya saatlarda bir pizza alana ikinci kiçik ölçülü pizza hədiyyə. Dedi sən restoranın büdcəsinə ziyan vurursan. Dedim nəysə.

Sonuncu dəfə mən bu yoldaşa deyəndə ki, bəs əgər sən istəyirsənsə potensial müştərilərə göstərəsən ki, bura gələnlər gözəl vaxt keçirirlər, əylənirlər, dincəlirlər, onda gərək həqiqətən kimlərsə burada bütün bunları edəndə şəkillərini çəkək və sosial mediada bunu nümayiş etdirək. Kafeyə gələn müştərilər isə belə fotolarının çəkilməsinə razı deyillər. Ona görə gərək biz bunları edərkən şəkillərini çəkə biləcəyimiz insanları kafemizə dəvət edib onları qonaq etməliyik. Dedi sən kafeyə ziyan vuran şeylər təklif edirsən. dedim STOP! Sən mənim qeyri peşəkar işləməyimi istəyirsən bu isə məndə alınmır. Və əməkdaşlığımıza son verdim. Dedim davam etmək istəmirəm.

Yəni demək istəyirəm ki, yoldaşlar, xidmət sahəsi bizim olkədə ona görə bərbad haldadır ki, o xidmət göstərən məkanların başında dayanan adamlar özləri o sahədə qeyri peşəkardırlar. Ona görə də onların işçiləri də düzgün xidmət göstərməyəndə, onlar buna müdaxilə və nəzarət edə bilmirlər, çünkü zatən özlərinin gördükləri işdən başları çıxmır. Və ona görə də onların ən siravi işçiləri belə insanlara bərbad halda xitmət göstərir. Ona görə də mən e-pul.az a zəng edəndə əməkdaşa deyəndə ki, nömrəmi itirmişəm və login parolumu da unudmuşam, lakin hesabımı bərpa etmək istəyirəm, mənə deyir biz heçnə edə bilmərik. Ona görə mən hava limanına zəng edəndə orada dəstəyi qaldıranlardan heç biri bilmir ki, orada əlilliyi olan şəxslər üçün avtomobil park etmək üçün xüsusi ayrılmış yerlər var ya yox.

Uca krişna köməyimiz olsun . Amen!
© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma