Valideynlərimiz bizi yetişdirərkən yol verdikləri səhv – Video

Bəziləriniz bu videonu izlədikdə kövrələ bilərsiz, gülə bilərsiz, heyrətlənə və sairə emosiyalara qapıla bilərsiniz. Mən isə bu videonun dərhal ağıla gəlməyən tərəfindən danışacam.

Videodan açıq aydın görünür ki, bu Azərbaycanlı ailənin övladı deyil. Çünkü bizim valideynlərin əksəriyyəti o uşağı lazım olsa belində gəzdirərdi, hər dəfəsində  atraksionun bu başından o biri başına aparardı. Özü yorulsa qulluqçu tutardı. Bunların heç birini edə bilməyəndə o uşağı o atraksiyonda sürüşməyə qoymazdı. Çünkü bizim valideylər həddən artıq mühafizəkardırlar, fədakardırlar. Amma bu fədakarlıq kənardan hər nə qədər saf, ülvi görünsə də, əslində bu fədakarlıq övlad üçün çox pis nəticələrə yol açır. Çünki bizim valideynlər uşaqlarını o qədər əl içində saxlayırlar və heçnəyi tək etməyə qadir biri kimi görmürlər ki, uşaq böyüyüb gənc yaşına çatanda həqiqətən də özü bir işi tək etməkdə olduqca çətinlik çəkir. Çünki valideynləri uşaqlıqdan etibarən ona bərk olmağı, öz ayağı üzərində dayanmağı və mübariz biri olmağı nə öyrədiblər nə də belə biri olmaq üçün fürsət yaradıblar.

Bu səbəbdən fərqi yoxdur əlilliyi var ya yoxdur, gənclərimiz daima hallarından şikayətlənirlər, bir çətinlik yaşayan kimi uzun müddət depressiv əhvalda olurlar.  Və ən pisi öz güclərinə inanmırlar, çox sıradan şeyləri edə bilməyəcəklərini düşünürlər. Halbu ki, bacarmayacaqlarını düşündükləri şeylərdən dəfələrlə artığının və çətininin öhdəsindən gələ bilərlər. Lakin onlar buna inanmırlar. Əslində bu başa düşüləndir, axı nə zaman onlara nəsə etməyə imkan verilib ki…

Lakin videoda gördüyünüz valideyn övladının əlləri və ayaqları olmamasına baxmayaraq ona özünün nəyinsə öhdəsindən gəlməyə şərait yaradır və tez-tez təkrarlayır: “Nəsə lazım olsa de mənə. Sən artıq böyük oğlansan”
Beləcə bu balaca böyüdükdə əlilliyinin olmasına baxmayaraq hətta olmayan ayaqlarının belə üzərində dayana biləcək! Çünkü onun bədəni və zehni indidən olduğu duruma öyrəşir, sahib olduğu fiziki imkanlarla düşdüyü durumlardan necə çıxa biləcəyinə dair çıxış yolları tapır və icra edir.

Valideynlərə məsləhətim – Unutmayın ki, hər şeyin çoxu ziyandı. Övladlarınızı həddən artıq əl içində yetişdirməklə, aşırı mühafizakarlıq göstərməklə və həddən artıq fədakarlıq etməklə siz onlara zərər vermiş və gələcəyi üçün böyük təhlükə yaradmış ola bilərsiz. Övladınıza hələ uşaq yaşlarından öz ayaqları üzərində dayanmağa fürsət yaradın. Həyatın çətinlikləri ilə üz-üzə gəlmək üçün şans verin.

Gənclərə məsləhətim – Asan və çətin yol seçimi olduqda, çətini seçməkdən çəkinməyin. Çünkü çətinlikər sizi daha da güclü etməklə yanaşı, mənəvi olaraq daha böyük uğurlar qazanacağınıza inandıracaq. Həmçinin hazırda adi şeyləri belə edə biləcəyiizə dair özünüzdə inam yoxdursa, bili ki bu sadəcə bu vaxta qədər tam olaraq öz ayağınız üzərində dayanmağı öyrənmədiyiniz üçündür.

© Murad Məmmədov (facebookda izlə)

“Valideynlərimiz bizi yetişdirərkən yol verdikləri səhv – Video” üçün 2 şərh

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma