Yəqin bir çoxunuz fikirinizi görmək istədiyiniz işlərə cəmləməkdə çətinlik çəkdiyiniz zamanlar çox olub. Elə mənim özümdə də. Bəzən nəsə bir iş görməyə otururuq. Lakin gah sosial şəbəkələrdən gələn bildirişlərə baxırıq. Gah yanımızda olan insanlara dialoqa başlayırıq, gah da bizim fikirimizi yayındıracaq istənilən bir şeyi sanki bilərək axtarırıq :)
Buna görə də həm internetdən araşdırma edərək həm də, özümün bu istiqamətdə təcrübəmi bir araya gətirərək sizlər üçün faydalı ola biləcək məsləhətlərin siyahısını hazırladım.
- Sabah görməli olduğunuz işlərin siyahısını bu gün yazın, gözünüzün tez-tez görəcəyi bir yerə qoyun və ya telefonda xatırlatma qoyun.
- Gününüzü hissələrə bölün. Məsələn yarım saat hər hansı bir iş görəndən sonra, başqa bir işə keçin, yarım saat da o işlə məşğul olun. Və ya sadəcə istirahət edin. Bu bütün vaxtlarınızı dəyərləndirməyə və gördüyünüz işdə darıxmamamağa kömək olacaq.
- Əhəmiyyətli işləri günün birinci yarısına salın. Çünki əksər insanların effektiv iş görmə saatları səhər saat 06:00 dan günorta saat 12:00-a qədərdir.
- Mobil telefonunuzun internetini söndürün və yalnız fasilələr zamanı yandırın. Vacib bir zəng gözləmirsinizsə ümumiyyətlə telefonu söndürün. Çünkü istənilən bir mesaj və zəng sizin toplamağa çalışdığınız olan qalan diqqətinizi də dağıda bilər və onu təkrar toplamağa çalışmaq əvvəlkindən daha çətin olacaq.
- Yanınıza su qoyun. Ola bilər ki, işin ən qızmar anında susayarsız və mətbəxə gedib yenidən qayıtdıqda əvvəlki entuaziazm olmaya bilər.
- Sabah görücəyiniz iş haqda bu gündən düşünməyə başlayın. Xırdalıq və incəliklə düşünməkdən, təsvir etməkdən çəkinməyin. Bu sizin o işi görən zaman “nə edim necə edim” düşüncələrinin böyük bir hissəsindən azad edəcək. Və siz işi görən zaman nə etməli olduğunuzu daga yaxşı biləcəksiz.
- İşə başlamazdan öncə tam ürəyinizcə olan və özünüzü rahat hiss edəcəyiniz bir məkan, bir oturacaq seçin, sonra başlayın. Fikirinizi cəmləməkdə çətinlik çəkdiyiniz zaman istənilən xırda bir narahatlıq sizə mane ola bilər.
- İmkan daxilində, görmək istədiyiniz işi sizə mane olmayan işıqlandırma sisteminə uyğun məkanlarda görün. Sizin könlünüz və fiziki fərqliliklərinizə uyğun məkan və atmosferlər sizə daha effektiv və productiv işləməyinizə kömək olacaq.
- Əgər kənar səslər sizə mane olmursa, xüsusən də yaradıcı işlər zamanı asta səslə fon musiqisi qoyun. Bu sizə ritmlə işləməyə və nəticədə darıxmamağa kömək olacaq.
- Tərkibində az kofeini olan içkilər içmək, sizin beyninizi normadan daha sürətli işləməyinə kömək ola bilər.
Sonda unutmayaq ki, biz ən əsası mübariz biri olmağı öyrənməliyik. Bu zaman fikirimizi cəmləmək də, digər işlər də daha asan olacaq.
© Murad Məmmədov (facebookda izlə)