Dünyanın ən qısa hekayəsi

Dünyanın ən qısa hekayəsini yazıram: “Biri var idi, biri yox idi”

Bilirəm indi deyəcəksiz bunun nəyi maraqlıdır ? Amma inanın mənə “Biri var idi, biri yox idi” cümləsi o qədər dərin mənaya sahib bir cümlədir ki, bu dərin mənanı dərk etmək üçün sadəcə bu cümlə ətrafında düşünmək lazımdır.

Məsələn: Bir gün dünyaya Ayaz və Niyaz adında əkiz qardaşlar gəlir. Onlar asta-asta böyüməyə və həyatı dərk etməyə başlayırlar. Xüsusən də Ayaz düşünməyə daha çox vaxt ayırırdı. Elə məhz o, dostları valideynlərindən danışanda kövrəlir və kədərlənirdi, çünki Ayazgilin evində Biri var idi, Biri yox idi. Ayaz düşünməklə yanaşı qaçmağı, tullanmağı da çox sevirdi, o çox enerjili idi. 18 yaşı tamam olanda onu əsgər apardılar. Lakin çox təəssüf ki, hərbidə cəbhə bölgəsində minaya düşdü, əskərlikdən qayıdanda ayağının biri var idi, biri yox idi.

Amma yaşadığı bu hadisə Ayaza həyatı, insanları sevməyə mane olmadı. Xüsusən də, Ayseli. Hə, elə Aysel də Ayazı dəlilər kimi sevirdi. Onlar bir-birlərinə söz vermişdilər ki, ya öz əcəlləri ilə ölənə qədər ayrılmayacaqlar, ya da onların birlikdəliyinə mane olan nəsə olsa, birlikdə intihar edəcəklər. Qızın ailəsi Ayazın bir ayağının olmadığını bildikdə, bu münasibətə qətiyyətlə qarşı çıxdı. Hətta iş elə yerə çatdı ki, Ayselin ailəsi onu məcburi şəkildə başqa birinə ərə vermək qərarına gəlmişdi. Hadisələrin gedişatını görən cütlük qərar verdilər ki, sabah səhər saat 06:00 da, sübh azanı verildikdən sonra özlərini 9 mərtəbəli binanın damından aşağı ataraq intihar edəcəklər. Lakin onların bu suiqəsd planları baş tutmadı. Çünki sabahı günü səhər saat 06:00 da, 9-mərtəbəli binanın damında, Biri var idi, Biri yox idi.

Zaman çox qəddardır, Ayselsiz bir göz qırpımında axıb getmişdi. Artıq Ayaz yaşlanmışdı, geridə qoyduğu cavanlıq illərinin yükü onu tamamilə taqətdən salmışdı. Və parlaq günəşli bir həftə sonunda Ayaz nə həmin gün, nə də heç bir zaman gözlərini açmadı. Dəfn mərasimində hər kəs Ayazı xoş xatirələrlə anır, ruhuna dualar oxuyaraq göz yaşlarına qərq olurdular. Təbii ki, Ayazın ölümünə ən çox kədərlənən onun əkiz qardaşı Niyaz idi. Çünkü baxmayaraq ki, onlar dünyaya cüt və eyni anda gəlmişdilər, lakin artıq onların Biri var idi, Biri yox idi.

Biri var idi biri yox idi deyib keçməyin. Məncə bu cümlə özü dünyanın ən maraqlı və düşündürücü hekayəsidir.

Müəllif © Murad Məmmədov – 19.12.2018

Advertisements

“Dünyanın ən qısa hekayəsi” üçün 2 şərh

mammadovmurad üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma