Adətən yeni ilin gəlişi ilə, insanların əksəriyyətində, qarşılarına qoyduqları məqsəd və hədəflərə doğru irəliləməkdə canlanma müşahidə olunur. İnsanlar qoyduqları məqsədlərə çatacaqlarına inamları artır. Bunu reallaşdırmaq üçün qarşıdan gələn il nələr edəcəklərinə dair, illik planlar qururlar. Məsələn, 2019 da idmana başlayacam, xxx qədər kitab oxuyacam, özümə avtomobil alacam, filan ölkəyə səyahətə gedəcəm və sairə. Əlbətdə bütün bunların əsas səbəbi, ilin yenilənməsini insanlar yeni bir şans, yeni bir nəfəs kimi dəyərləndirmələridir. Halbu ki, hər yeni bir gün, özü özlüyündə yeni bir həyata bərabərdir.
Lakin çox təsüf ki, yeni ildə yeni məqsədlər və planlar quran insanların əksəriyyəti, etməli olduqlarını adətən yanvar, fevral aylarına qədər, ən çox halda marta qədər davam etdirə bilirlər. Bu şəxsən özümdə də baş verib. Və bu baş verənlərdən nəticə çıxararaq, yeni ildə məqsədlərimizə doğru inamlı addımlarla irəliləmək və yarıda dayanmamaq üçün, sizlər üçün bəzi məsləhətlərim var.
- Birini edə bilmədin deyə, digərini də etməkdən imtina etmə.
2017-dən 2018-ə keçəndə bir əcdvəl hazırladım, cədvələ əsasən, məqsədlərimə çatmaq üçün hər gün mütləq etməli olduğum şeyləri qeyd etdim. İlin ilk günləri cədvələ maksimum əməl etməyə çalışdım. Və bunu edərkən, daha öncədən də müşahidə etdiyim, bir amilə daha çox diqqət etməyə başladım. Fikir verdim ki, biz insanlar adətən, etməli olduğumuzu hesab etdiyimiz məsələn 3 şey varsa, onun birini edə bilməyəndə, artıq digərlərini də etməməyə meyillənirik. Bu bir növ, günahın azı çoxu olmur, birini işlətdinsə onsuzda günahkarsan, digərlərini də işlədə bilərsən düşüncəsilə, özünə hörmətin azalmasına bənzəyir. Məsələn gün ərzində 10 dəqiqə ingilis dili öyrənməli, 10 dəqiqə idman etəli və 1 ədəd meyvə yeməliyik. Buna bir gün, iki gün əməl edirik. Üçüncü gün hər hansısa bir səbəbdən gün ərzində çox yoruluruq və idman, ingilis dili etməyə zaman ayıra bilmədik, divanda 2 dəqiqə oturmaq üçün əyləşən kimi, artıq mürgüləyirik, yatmaq istəyirik. Başa düşüləndir ki, belə bir halda durub ingilis dili çalışmağa və ya idman etməyə ərinəcəyik, çünki həqiqətən çox yorğunuq və bunları edəcək taqətdə deyilik. Həmçinin bunlar gündə bir ədəd meyvə yeməyə nisbətən daha çox enerji tələb edən şeylərdir. Lakin belə bir durumda əksər insanlar durub soyuducudan meyvəni götürüb yemək əvəzinə, düşünürlər ki, əşi onsuzda idman edə bilmədim, ingilis dili çalışmadım. Durub meyvə yeməyin də bir mənası yoxdur, onsuzda digərlərinə əməl edə bilmədim. Sabah birdəfəlik adi qaydada hamısını edərəm. Lakin sabah belə olmur, bu gün etmədiniz deyə, məqsədinizə çatacağınıza olan inamınız azalır, daxilinizdə olan entuaziazm soyuyur. Bir işi davamlı edə bilmək üçün və vərdiş halına gətirmək üçün xüsusən də başlanğıc günlərdə qətiyyən tam fasilə vermək olmaz. Çünki bir şeyi bu gün etmədinsə, sabah da etməmək ehtimalın digər günlərə nisbətən çox olur. Ona görə də bu gün etməli olduqlarından hansınısa edə bilməyəndə, digərini mütləq et. Çünki, yarımçıq etmək heç etməməkdən daha yaxşıdır. Təkrar edirəm ki, Bir işi daha asan edə bilmək üçün onu vərdiş halına gətirməliyik, vərdiş halına gətirmək üçün isə əvvəl günlərdə qətiyyən ara vermək olmaz! - Bu gün görünməyən sabahı hiss etmək lazımdır. Elə hədəf və məqsədlər var ki, onun uğurunda çalışmağa başladıqda, nəticələr, yəni bir növ məqsədimizin özü dərhal görünməyə bilir. Çünkü 3 aylıq idman tələb edən bir fit, baxımlı bədən, bir həftə məşq ilə görünməyə bilər, bu normaldır. Mənimsəməyimiz üçün bir neçə ay intensiv çalışmağımızı tələb edən əcnəbi dil də həmçinin. Bir iki həftəyə o dildə danışa bilməməyimiz başa düşüləndir və bu o demək deyil ki, bizim bu məqəsədə olan həvəsimiz azalmalı və yarıda qoymalıyıq. Mən də insanam və başa düşürəm ki, nəticəsi tez görünməyən məqsədlər uğurunda getmək çox çətin məsələlərdəndir. Bu sonuda işıq görünməyən qaranlıq tuneldə addımlamağa bənzəyir, bilmirsən ki, tunel nə zaman bitəcək və sən nə zaman aydınlığa çıxacaqsan. Mən sizi çox gözəl anlayıram. Belə hallar üçün sizə tövsiyyəm o ola bilər ki. Məqsədiniz hər nədirsə, o məqsədinizə çatdıqdan sonra əldə edəcəklərinizi, həzz hissini, zövqü, eyforiyanı, ehtirası hiss etməyə, təsəvvür etməyə çalışın. Məqsədinizə çatmağınız sayəsində qazanacaqlarınızı “görməyə” çalışın. Xəyal edin, gözünüzün önünə gətirin. Bu sizi məqsədinizə doğru daha inamlı addımlarla irəliləməyinizə kömək olacaq. Siz artıq, əldə edəcəyiniz şeyin, rəngini görməyə, ətrini duymağa, dadını hiss etməyə başlayacaqsınız.
Müəllif © Murad Məmmədov (facebookda izlə)