Amerikada 2 gün öteldə 8 gün isə yerli ailədə qonaq qaldım. Buna görə Amerikalı ailənin yaşayış tərzi və mədəniyyəti ilə yaxından tanış olmaq fürsətim oldu. Bəyəndiyim və dəstəklədiyim məqamlardan biri də, qonaqlıq, yəni ziyafət mədəniyyəti idi. Məni qonaqlayan ailə ziyafət verirdi, bu münasibətlə yemək hazırlayırdılar. Ev sahibi bəy manqalda sadəcə toyuq qızartdı. Düşündüm ki, yəqin mətbəxdə də qadın digər ləziz yeməklər bişirəcək, amma heçnə bişirmədi. Bunun müqabilində gələn qonaqların demək olar əksəriyyəti hərəsi özü ilə bir yemək və ya bir içki gətirirdi.
Nəticədə bir anda baxdım ki, evdə cürbə cür ləziz təamlar var və zövq almağın üçün səni gözləyirlər Qonaqlıq zamanı diqqətimi çəkən məqamlardan biri də, ev sahibinin yeməkləri şüşə qablarda yox, plastik bir dəfə üçün nəzərdə tutulan qablarda servis etməyi idi. Bunun da üstün cəhəti odur ki, qonaqlar dağılışıb öz evinə getdikdən sonra, ev sahibi saatlarla qab yumayacaq və bütün ziyafət burnundan gəlməyəcək. Bunun müqabilində qonaqlar gedən kimi, uzanıb dincələcək.
Azərbaycana qayıdandan sonra, bu ziyafət mədəniyyətini yerli əhalımizlə, xüsusən də qadınlarla bölüşdüm. Biri dedi mən plastik qabda gələn camahata yemək verə bilmərəm. Digəri dedi kimsə gələndə özü ilə yemək gətirirsə onda belə çıxır atışıb qonaqlıq edirik və.s.
Digər insanları bilmirəm, lakin mən ailə, ev sahibi olduqda və ya ziyafət təşkili zamanı mütləq bu mədəniyyətə müraciət edəcəm. Çünki mən mazoxist (ağrı, acı çəkməkdən həzz alan adam) deyiləm ki, ziyafətə görə bir gün öncədən gecə gündüz yemək bişirim, ziyafətdən sonra da bir gün qab yuyum.
© Murad Məmmədov (facebookda izlə)