Əlilliyi oln qadınların seks həyatı

Onların seks həyatı məni çox narahat edir.
Aydın məsələdir ki, azad seksin olmadığı bir cəmiyyətdə yaşayırıq. Yəni sosial statusundan aslı olmayaraq standart ailə həyatı, rəsmi evliliyi olmadan qadın və ya kişi, partnoru ilə cinsi yaxınlıq etməkdə çətinlik çəkir. Bunun səbəbləri hamımıza bəllidir deyə bu haqda çox danışmayacam. Qonşu Fatma xala, dayı oğlu Ələsgər, və.s lazımsız, mənasız müdaxilələr. Aydın məsələdir.

Lakin bəzi sosial statusa sahib qruplar var ki, bu qruplara seks həyatı yaşamaq iki qat çətindir. Bu qruplardan biri də, əlilliyi olan xanımlardır.

İlk növbədə qeyd edim ki, bioloji olaraq sekslə məşğul olmaq yaşına çatıb lakin uzun illər sekslə məşğul olmamaq, xüsusilə qadınların organizmində müxtəlif problemlərə yol açır. Bunu bilmək üçün həkim olmağa gərək yoxdur. Bu yazını yazmamışdan öncə mənim etdiyim kimi, google də sekslə məşğul olmamağın ziyanları mövzusunda axtarış versəniz kifayətdir.

Həyatlarında seks çatışmazlığı yaşayan qadınlar fiziki olduğu kimi, psixoloji olaraq da sarsıntılar yaşayırlar. Bu adətən özünü, hadisələrə kəskin reaksiyalar verməklə, daima digər insanları qınamaqla və kiçik hadisələrə qarşı belə aqressiv olmaqla özünü göstərir.

Dediyim kimi, elə bir cəmiyyətdə yaşayırıq ki, fiziki və mənəvi təlabatımızı ödəmək üçün sekslə məşğul olmağa çətinlik çəkirik. Lakin bəylər olaraq qadınlara nisbətən bu mövzuda daha sərbəstik. Baxmayaraq ki bu ədalətsizlikdir və mən hesab edirəm ki, qadınlar da digər məsələlərdə olduğu kimi seks mövzusunda da kişilər qədər sərbəst olmalıdırlar, lakin çox təsüf bu belə deyil. Azad seksin olmamasına baxmayaraq, çətinliklə də olsa özümüzə partnor tapırıq və bu gözəl intim ibadətimizi yerinə yetiririk. Bəs əlilliyi olan qadınlar ? Bu haqda heç düşünmüsünüz ?

Seks həyatı intim və şəxsi məsələlərin ən öndə olanıdır. İnsan istəyir bu məşğuliyyəti barədə digərləri agah olmasın. Lakin bu gün əlilliyi olan bir xanım, əgər şəhərin mərkəzində yaşamırsa, köhnə və əlilliyi olan şəxslər üçün yararsız olan ictimai nəqliyyatdan necə istifadə etsin ki, sərbəst gedib bir bəylə görüşə bilsin ? Lap tutaq ki, bir iki dəfə taksi ilə getdi. Girişindən tutmuş daxilindəki tualetinə qədər əlilliyi olan şəxslərin istifadəsi üçün əlverişsiz olan demək olar şəhərin 90% məkanları necə ? Bu məkanlara necə kiminsə köməyi olmadan getsin ? Axı bu intim həyatdır. Sən necə qohumundan, dostundan hansısa bəylə görüşə və ya onun evinə getməyinə kömək etməsini istəyə bilərsən ?

Bəziləriniz dediklərimi ciddiyə almaya bilərsiniz. Lakin mənim üçün bu çox narahatlıq yaradan bir məslədir. Bu məsələnin ciddiyəyini anlamaq üçün özünüzün uzun müddət seks aclığı yaşadığınız zamanları xatırlayın. Ölkədə hələ rəsmi rəqəmlərə əsasən 600.000 ə yaxın əlilliyi olan şəxs var. Bu rəqəmin 30-40% belə olsa əgər qadın olsa, bu böyük rəqəmdir və bu qədər şəxsin seks həyatı digərlərinə nisbətən daha da bərbaddırsa, bu barədə nəsə etməliyik. Bəlkə layihələr, proqramlar, sosial xidmətlər, ya da nəsə başqa birşey. Amma mütləq ki, nəsə olunmalıdır.

Bu mövzuda üzərinə öhdəlik düşən tərəflərdən biri də, beyinlərini cahillik bürümüş ailələrdir. Ailə tanıyıram ki, qızının əlilliyi olmasına baxmayaraq, əlavə olaraq onu gic gici mentalitet qaydaları ilə sıxışdırmaqla məşğuldurlar. Kiminlə danışırsan, hara gedirsən, evdə otur və.s.

© Murad Məmmədov  (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma