Yerdəki 20 manat kimin idi ?

Yerdəki 20 manat kimin idi ?

Ötən il Amerikaya getmək üçün hava limanında yoxlamadan keçmək üçün növbədə dayanmışam. Bir də gördüm bir yoldaş əlində 20 manat mənə uzadır. Mən də öz aləmimdə guya məsələni üçün asta tərzdə deyirəm ki, ehtiyac yoxdur, lazım deyil. Yoldaş pulu verməkdə təkid etdikcə mən də götürməmək də təkid edirəm. Pulu uzadan yoldaşın yanındakı digər yoldaşı söhbəti tutdu və dedi ki, pul sizindir yerə düşmüşdü.

Bu sözü eşidən kimi gülmək tutdu məni, əlimi cibimə salıb gördüm həqiqətən pulum yoxdur. Yoldaşdan üzr istəyib pulumu aldım.

Əlilliyi olan şəxslərə qarşı cəmiyyətdə mövcud olan stereotiplərdən ( Stereotip hər hansısa bir sosial statusa sahib qrup insana və ya mövzuya dair mövcud olan mənfi və ya müsbət düşüncədir, ön yarğıdır, görmədən, bilmədən və tanımadan yaradılan düşüncədir) biri də əlilliyi olan şəxslərin dilənçi olmasıdır. Bəli nə qədər ağır olsa da, xüsusən də orta və yaşlı nəsildə əlilliyi olan şəxslərə qarşı belə bir stereotip var. Dəfələrlə tanışlarıma və özümə də küçədə hansısa ‘ağıllı’ yaxınlaşıb pul uzadıb. Əhvalım yaxşı olanda yumuşaq, əhvalım pis olamda sərt şəkildə izah edib danlayıb yola salmışam.

Və iş o yerə çatıb ki, əlilliyi olan şəxslərə qarşı mövcud olan bu stereotip onları qəzəbləndirməklə təsüfləndirməklə yanaşı, hətta başqa bir stereotip də yaradır. Yəni mənim vəziətimdə olduğu kimi o qədər kiminsə pul təklif etməyini görmüşəm ki, indi yerə düşən öz pulumu da kimsə verəndə stereotiplə yanaşıram. Yəni stereotipdən stereotip belə doğa bilir.

Ömür boyu stereotiplərdən uzaq olmağa çalışmışam. Həyatda ön yarğı və dərhal hansısa fikir irəli sürməkdən mundar heçnə yoxdur. Və bu təkcə əlillik mövzusuna qarşı yox, bütün mövzulara qarşı belə olmalıdır. Hansısa konkret bir kateqoriaya aid və ya xüsusiyyətlərə sahib qadın xəyanət edirsə o kateqoriaya aid bütün qadınlar xəyanət edəcək deyə bir qayda yoxdur. Bu stereotipdir. Həkimlərə, polislərə, müəllimlərə, əlilliyi olan şəxslərə heç kəsə və heçnəyə stereotiplə yanaşmayaq. Bunun üçün fikir formalaşdırmamışdan öncə sadəcə düşünmək lazımdır.

Fotoda 10 manata çox da fikir verməyin, üzərimdə 20 yox idi. Siz elə bilin yirmilikdir 

© Murad Məmmədov  (facebookda izlə)

One thought on “Yerdəki 20 manat kimin idi ?”

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma