Bir oğlan var idi, eyvanda oturub əlində içi boş olan pul qabıya baxıb üzülən.
Oğlan sabah küçədə gəzişərkən yerdən 20 manat pul tapdı. Elə çox sevindi ki. Artıq o pula nələr alacağını, haralara gedəcəyini təsəvvür edirdi. Axşam həmən pula bir ədəd çörək aldı, qalıq pulu cibinə qoyub evə qalxdı. Sevimli eyvanına keçib əlini cibinə salıb pulun qalığına baxdıqda aldığı nəfəs boğazında düyünləndi, gözləri doldu. Cibində 19.60 manat əvəzinə 10 manat var idi. Pulun qalanı böyük ehtimalla çörək aldıqdan sonra evə gələnə qədər mobil telefonunu cibindən çıxaranda sürüşüb düşmüşdü küçədə. Gündüz saatlarında olan sevincli və şən oğlan yox idi artıq. Onun əvəzində eyvanda oturub əlində tutduğu pul qabında olan 10 manata baxıb üzülən, kədərlənən bir oğlan var idi…
© Murad Məmmədov (facebookda izlə)