Nə etsək özümüzə inamımız artar ? – Real təcrübə

Təsəvvür edin ki, hansısa xanım və ya bəy bu gün axşam sizi birlikdə şam yeməyi yeməyinə qonaq etmək üçün restorana dəvət edir. Sizcə həmən adam nəyə güvənib sizi qonaq etməyə hazırlaşır ? Əgər dəvət etdiyi restoran onun özünə və ya bir yaxınına məxsus deyilsə, təbii ki, o şəxs cibindəki pula güvənərək sizi qonaq dəvət edir.  Bilir ki, əlini cibinə salanda toxunduğu pul ilə özünün də sizin də hesabını verə bilər. Bəli bizim kimisə qonaq çağırmağımız üçün güvənməli olduğumuz və bizə lazım olan puldur.

Bəs sizcə, maaşımızın artmasını istəyərkən, müdürə yaxınlaşmaqdan, hansısa əks cinsdən (homoseksualıqsa həmcinsimizdən)  xoşumuz gələndə bunu ona deməkdən, üç nəfərin qarşısında fikir bildirməkdən  və ən minimalı heçnə yox, adi özümüzlə baş – başa qaldığımız zaman qorxmamaq üçün, çəkinməmək üçün və daha dəqiq desək ÖZÜMÜZƏ İNANMAĞIMIZ üçün nəyə ehtiyacımız var ? Bunun isə cavabı birdir:  Müxtəkif Bacarıqlara.

Kimisə kafeyə dəvət etmək üçün pula ehtiyacımız olduğu kimi, özümüzə də inanmaq üçün hansısa üstün bacarıqlara sahib olmağımız şərtdir. Cibdəki pul ilə sahib olduğuğumuz bacarıqlar özlüyündə tamamilə ayrı-ayrı anlayışlar və məhvumlar olsalar belə, istifadə olunma üsulları eynidir, onlara güvənilərək istifadə olunrlar. Burada sadə məntiqdir əslində, düşünün: Nə qədər az bacarıqlısınızsa, güvənəcəyiniz, arxalacağınız şeylər də bir o qədər azdır. Sahib olduğunuz müxtəlif bacarıqların sayı artıqdca, çoxaldıqca, avtomatik olaraq güvənəcəyiniz və arxalana biləcəyiniz şeylərin də sayı artır. Dolayısı yol ilə sizin də fərd olaraq özünə inamınız, güvəniniz artır, axı sahib olduğunuz bacarıqlar maddi mənəvi heçnədən aslı deyillər. Bunları kimsə sizdən ala bilməz, azalda bilməz, zədələyə bilməz. Bu o deməkdir ki, bacarıqlarınız həqiqətən də etibar ediləcək və arxalana bilinəcək şeylərdir. Və məhs sizindirlər.

Bu halda isə insanın özünə güvənməməsi mümkün deyil. Heçkəsdən və heçnədən aslı olmayan üstün xüsusiyyətlərin var, axı necə özünə inamın artmasın :)

Beləliklə bu gün biz özünə inanan, ayaq üstə möhkəm dayanan, lazım gələndə yüksək əmək haqqı, insanların qarşısında öz sözünü deməyi bacaran, istənilən şəxsə qarşı simpatiyasını söyləməyi, etiraf etməyi bacaran biri olmaq üçün, bacarıqlarımızın, görə və edə biləcəyimiz şeylərin sayını bacardqda artıırmalıyıq!

© Murad Məmmədov  (facebookda izlə)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma